DÜNYA
Avropa İttifaqı Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb
Bakı, 3 fevral, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı ayırdığını açıqlayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ötən il büdcə ayırmalarına uyğun olaraq, Aİ-nin Fələstin xalqına etdiyi yardımlar haqqında məlumat verilib.
Qeyd edilib ki, ötən il Fələstinə cəmi 296 milyon avro yardım ayrılıb.
Fələstin son illərdə ərəb dünyası və beynəlxalq aləm tərəfindən ona ayrılan yardımların azalması səbəbindən maliyyə problemləri yaşayır.
Xatırladaq ki, İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında 1994-cü ildə imzalanan “Paris iqtisadi protokolu”na uyğun olaraq, İsrail rəhbərliyi nəzarətindəki sərhəd qapılarından topladığı illik 2 milyard dolları Fələstin xəzinəsinə köçürür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]