MƏDƏNİYYƏT


ATAA Çexiyanın turizm təşkilatları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

ATAA Çexiyanın turizm təşkilatları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Çexiyanın turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və qarşılıqlı iş birliyinin qurulması məsələləri fevralın 3-də ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Assosiasiyanın fəaliyyəti və üzvləri haqqında məlumat verilib, birgə layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkil, eləcə də Bakı-Praqa arasında avia-reyslərin sayın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı turistlərə viza verilməsi şərtlərinin sadələşdirilməsi, viza verilmə mərkəzlərində sənədlərin qəbulu prosesində yaşanan müəyyən çətinliklərin aradan qaldırılması məsələləri də müzakirə olunub.

Görüş çərçivəsində səfir Milan Sedlaçek, kommunikasiya əlaqələrinin qurulması, qarşılıqlı turist cəlb ediliciliyinin artırılması və iki tərəfli əməkdaşlığın inkişafı üçün səfirliyin dəstək göstərəcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.