İDMAN


La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 21 mart, AZƏRTAC

İspaniyanın "Elçe" futbol klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna komandanın uğursuz çıxışı səbəb olub.

"Elçe" 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis ötən ilin noyabrından "Elçe"ni çalışdırırdı. İspaniyalı məşqçi bundan əvvəl ölkəsində "Sevilya", "Espanyol" və "Alaves"in baş məşqçisi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.