Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Vaşinqton, 26 aprel, AZƏRTAC

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz AZƏRTAC-ın ABŞ bürosuna müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bizə müsahibə verdiyiniz üçün təşəkkür edirəm. Əvvəlcə belə başlamaq istərdim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu seçimi necə qiymətləndirirsiniz? COP29-dan gözləntiləriniz nələrdir?

- Biz Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün aparılan seçim prosesini dəstəklədik və hazırda COP komandası ilə işləməyi səbirsizliklə gözləyirik. Mən artıq onlarla işləməyə başlamışam. Gözləntilərə gəldikdə, bunu dörd hissəyə bölmək istərdim. Birincisi, Dubayda keçirilmiş sonuncu COP tədbirinin əldə etdiyi nəticələr çox güclü oldu. Bu, Paris Sazişi əsasında Qlobal Anbar (Global Stocktake) yaradıldı və bu istiləşmə ilə bağlı 1,5 dərəcə məhdudlaşdırmanı əlçatan məsafədə saxlamaq və iqlim təsirlərinə davamlılığı və uyğunlaşmanı təşviq etmək üçün bir növ yol xəritəsi kimi nəzərdən keçirildi. Beləliklə, COP29 üçün ən vacib məsələlərdən biri bu qərarın icrası ilə bağlı tempi qüvvədə saxlamaqdır. Biz Dubayda əldə olunmuş qərarın masa üzərində qalmasını istəmirik. Bu istiqamətdə addımlar COP çərçivəsində razılaşdırılmış bəzi qərarlarla bağlı yan təşəbbüs və tədbirlərin keçirilməsi şəklində atıla bilər. Bu birinci gözləntimizdir.

İkinci vacib məsələ isə COP29-da iqlim dəyişikliyi ilə mübarizədə maliyyə üzrə qərar qəbul edilməsinin nəzərdə tutulmasıdır. İndiyədək 100 milyard dollar məbləğində maliyyə toplanmasına dair hədəf mövcud idi və bu hədəfə əsasən, inkişaf etmiş ölkələr 2020-ci ildən başlayaraq hər il bu maliyyəni toplamaqla inkişaf etməkdə olan ölkələrə dəstək barədə razılıq vermişdilər. Bu hədəf 2024-cü ildən sonra başa çatır. Yəni, razılaşma 2024-cü ilə kimi idi və bu o deməkdir ki, 2025-ci ildən etibarən hansı addımlar atılacağına dair bu il qərar vermək lazımdır. Beləliklə, COP-da həll edilməsi vacib olan məsələlərdən biri Yeni Kollektiv Kəmiyyət Məqsədi (New Collective Quantified Goal-NCQG) adlandırdığımız yeni hədəfin müəyyənləşdirilməsidir.

Üçüncü gözləntimiz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (National Determined Contributions - NDC) bağlıdır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Paris Sazişinin onurğa sütunudur. Burada tərəflər istixana qaz emissiyalarının azaldılması ilə bağlı öhdəliklərinin nədən ibarət olmasına dair qərar verirlər. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin növbəti yığımı gələn ilin fevralınadəkdir. Yəni, bir ildən az vaxt qalıb və bu, Azərbaycanın COP-a sədrlik etməsindən qısa müddət sonradır. Beləliklə, Bakıda ən vacib məsələlərdən biri odur ki, iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr paketinin əldə olunmasının əsası qoyulsun. Azərbaycan artıq 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaya uyğunlaşdırılacaq güclü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr müəyyənləşdirəcəyini elan edib. Düşünürük ki, COP29-a sədrlik edən Azərbaycanın bu addımı digər ölkələr üçün çox yaxşı nümunə olacaq.

Sonuncu, dördüncü gözləntimiz İkiillik Şəffaflıq Hesabatları (Biennial Transparency Reports-BTR) ilə bağlıdır. Bu o deməkdir ki, Paris Sazişinə əsasən bütün tərəflər istixana qaz emissiyalarına dair hesabatların təqdim edilməsi üçün çox güclü şəffaflıq sisteminin qurulmasına dair razılığa gəliblər. Buraya, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin icrası və emissiya öhdəlikləri ilə bağlı hesabat da daxildir. İlk hesabat bu il dekabrın 31-dək hazır olmalıdır. Beləliklə, Azərbaycan sədr ölkə kimi mümkün qədər çox ölkənin hesabatla bağlı müəyyənləşdirilmiş son tarixə əməl etmələri üçün çalışır. Səhv etmirəmsə, mayın ortalarında Bakıda bununla bağlı seminar keçirilməlidir. Bununla yanaşı düşünürəm ki, biz Azərbaycanla birlikdə Afrika qitəsi üçün müəyyən işlər görməyə çalışacağıq. Bilirsiniz ki, bu ölkələrin potensialının artırılması üçün çox köməyə ehtiyacları var. Bütün hallarda dördüncü gözləntimiz odur ki, COP29 daha çox ölkənin hesabatla bağlı müəyyənləşdirilmiş son tarixə əməl etməsində böyük rol oynayacaq.

- Bu ilin fevralında Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisi Con Kerri arasında görüş oldu. ABŞ Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycanın COP29-a sədrliyini çox güclü şəkildə dəstəkləyir. COP29 mövzusuna aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərkən də toxunulub. Ümumilikdə COP29-un təşkili ilə bağlı Azərbaycanla ABŞ arasında hansı istiqamətdə təmaslar var və nə kimi əməkdaşlıq addımları atılır?

- Düşünürəm ki, bunlar çox müsbət addımlardır. İlk növbədə biz COP29-la bağlı Azərbaycanın sədrliyini alqışladıq. Biz demək olar ki, hazırda komanda ilə bütün səviyyələrdə işləyirik. Qeyd edim ki, Azərbaycan çox güclü komandaya malikdir. Bu ilin əvvəlində biz Bakıda olduq. Bir sıra nazirlərlə, o cümlədən COP29-un prezidenti ilə müxtəlif görüşlər keçirdik və COP-da müzakirə olunacaq məsələlər, o cümlədən COP-un nəticələrini sürətləndirə biləcək yan təşəbbüslər və tədbirlər barədə fikir mübadiləsi apardıq. Ötən həftə Azərbaycanın COP komandası Dünya Bankının keçirdiyi görüşlər çərçivəsində Vaşinqtonda səfərdə oldu. Biz komanda ilə təkrar görüşdük və bu həftə Berlində bir araya gələcəyik. Yəni, həm COP prezidenti, həm baş danışıqçı, həm də komanda ilə müxtəlif səviyyələrdə təmaslar gerçəkləşir.

- COP çərçivəsində Azərbaycanın sədrliyi iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunub. Bu mövzu COP-un gündəliyində duran ən vacib məsələlərdən biridir. İqlim maliyyələşməsinin qarşısında duran əsas problemlər nədir, COP29 və Azərbaycan bu məsələnin həllinə necə töhfə verə bilər?

- Doğrudur, iqlim maliyyələşməsi builki COP-un əsas mövzusudur, lakin yeganə mövzusu deyil. Paris Sazişinə baxdıqda görürük ki, hədəflər temperatur artımının təhlükəsiz temperatura qədər məhdudlaşdırılmasını, iqlimin təsirlərinə dözümlülüyü və uyğunlaşmanı təbliğ etməkdir. Bunlar ambisiyalı hədəflərdir. Aydındır ki, bunların həlli çox maliyyə tələb edir. Bu günədək beynəlxalq danışıqlar daha çox 100 milyard dollarlıq hədəfə köklənmişdi. Təbii ki, bu çox vacib hədəfdir və biz bu hədəfin davamı barədə razılığa gələcəyik. Lakin biz daha böyük çərçivədən də baxmalıyıq, çünki 100 milyard dollar iqlim böhranını həll etmək üçün kifayət deyil. Ona görə də biz istər özəl sektor, istər ölkələr daxilində yerli investisiya, istər çoxtərəfli inkişaf bankları, istərsə də davamlı donor ölkələr və onların dəstəyi olsun - bütün növ maliyyə mənbələrini nəzərdən keçirməliyik. Ona görə də düşünürəm ki, biz 2024-cü ilə yalnız dar mənada yeni dəstək hədəflərini müəyyən etmək kimi deyil, daha geniş baxmalıyıq. Bilirsiniz ki, bəzən söhbət milyardlardan deyil, trilyonlardan gedir.

- Ümumiyyətlə, ABŞ Azərbaycanın yaşıl iqtisadiyyata keçid istiqamətində atdığı addımları necə dəyərləndirir və bu istiqamətdə iki ölkə arasında hansısa əməkdaşlıq planları var? İqlim hədəflərinin uzlaşdırılması istiqamətində tərəflər arasında nə kimi dialoq mövcuddur?

- Biz Azərbaycanın yaşıl enerji iqtisadiyyatına keçidlə bağlı bəzi planları barədə məlumatlıyıq. Onların bəziləri Xəzər dənizi və külək enerjisi ilə bağlıdır. Biz Azərbaycanla əməkdaşlıq planları və imkanları barədə daha çox müzakirələr aparmaqda maraqlıyıq. Buraya təkcə Xəzər dənizində külək enerjisi deyil, ümumilikdə külək enerjisi, Günəş enerjisi məsələləri daxildir. Hesab edirəm ki, Azərbaycanda bərpaolunan enerji ilə bağlı çoxsaylı imkan və potensial mövcuddur. Bu, ABŞ–ın marağında olan və COP29-a gedən yolda araşdırmaq istədiyimiz sahədir.

- Bilirsiniz ki, Xəzər dənizinin külək potensialı əsasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi” layihəsi mövcuddur. ABŞ-la bu enerji dəhlizi üzrə nə kimi əməkdaşlıq imkanları ola bilər?

- Bu layihə haqqında daha çox məlumat əldə etmək üçün həvəsli və maraqlı olduğumuzu söyləyə bilərik. Layihə barədə cəlbedici nələrsə eşitmişik və daha çox öyrənmək istəyirik. Əlbəttə, bu sahədə əməkdaşlığa müəyyən maraq ola bilər.

- Azərbaycan hər il Cənubi Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasına ev sahibliyi edir. Artıq 2 ildir paralel olaraq Bakıda Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin iclası da keçirilir. Bu iclasın keçirilməsinin qlobal miqyasda yaşıl enerjiyə keçidin təşviq olunmasındakı rolunu necə görürsünüz?

- Bəli, biz bu barədə məlumatlıyıq. Bu, Azərbaycan və Avropa İttifaqının keçirdiyi tədbirdir. Biz tədbirdə prosesin inkişafını izləmişik. Belə bir tədbirin olmasından məmnunuq. Düşünürəm ki, bu, görüşün özü və verilən bəyanatlar baxımından çox vaxtında təşkil olunmuş tədbirdir. Yəni, mədən yanacaqlarından imtinaya dair Dubay razılaşmasının olmasını və növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr yığımının yaxınlaşdığını nəzərə alsaq, deyə bilərik ki, bərpaolunan enerji ilə bağlı istənilən növ əməkdaşlıq bizi sevindirir.

- Bildiyimə görə, sizin etnik olaraq regionla bağlılığınız var. Bu barədə daha detallı məlumat verməyinizi istərdim.

-Nəhayət, bu il ilk dəfə Azərbaycana getdiyim üçün çox sevinirdim. Çünki atam iranlıdır. Mən həmişə bilirdim ki, onun anasının qızlıq soyadı Naxçıvandır. Lakin çox sonralar bildim ki, Naxçıvan Azərbaycan daxilində muxtar respublikadır. Yeniyetmə yaşlarımdan bunu biləndə hər zaman beynimdə Azərbaycana və xüsusilə Naxçıvana getmək fikri var idi. Bakıda olanda da “Naxçıvan” adlı restorana getdik və orada milli yeməkləri yedim. Amma COP-dan sonra Naxçıvana getməyi və ailəmin bir hissəsi olan bu şəhərlə tanış olmağı düşünürəm.

- İndiyədək bu barədə hansısa araşdırma aparmısınızmı?

- Əlbəttə, mən artıq bunu araşdırmışam. Bildiyimə görə, nənəmin ailəsində hər kəs general olub. Onlardan biri II Dünya müharibəsi zamanı İranda nazir vəzifəsində çalışıb. Lakin onların harada doğulduğunu dəqiq olaraq bilmirəm. Fikrimcə, onlar Təbrizdə doğulublar, amma buna əmin deyiləm. Bunu aydınlaşdırmaq üçün axtarışlar aparıram.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır