ELM VƏ TƏHSİL


Fərqliyik, bərabərik - praktik təlim

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2 Aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş “Fərqliyik, bərabərik” mövzusunda praktik təlim keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, “Viqas Med” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırovanın təqdimatında keçirilən təlimdə filial rəhbərliyi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin psixoloq və pedaqoqları, Quba Mərkəzi Xəstəxanasının həkimləri iştirak ediblər.

Filialın direktoru Yusif Alıyev bildirib ki, təlim təcrübi cəhətdən gənc psixoloqlar üçün əhəmiyyətli olacaq. BMT-nin müvafiq qərarı ilə 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün hər il geniş miqyasda qeyd olunur. Autizm spektr pozuntusu olan uşaqlar üçün bərabər imkanların inkişafı və gücləndirilməsində bu tədbirlər önəmli rol oynayır.

Fidan Bağırova təqdimatında autizmli uşaqlarla necə davranılmalı, ilkin diaqnozun müəyyənləşdirilməsi və s. barədə məlumat verib və sualları cavablandırıb.

Tədbirdə, həmçinin inklüziv təhsildə əldə edilən yeniliklər, bu istiqamətdə pedaqoji yanaşmalar, inklüziv təhsilin əhəmiyyəti haqqında məlumat verilib.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.