Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Uydurma “erməni soyqırımı” iddiaları güclü Türkiyə dövlətinə qarşı siyasi təzyiq vasitəsidir

Uydurma “erməni soyqırımı” iddiaları güclü Türkiyə dövlətinə qarşı siyasi təzyiq vasitəsidir

Bakı, 24 aprel, AZƏRTAC

Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani hərəkətlər ediblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb və ermənilərin digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.

Buna baxmayaraq, son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları, təkcə Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. Həmin güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov Türkiyəyə qarşı uzun illərdir davam edən uydurma “erməni soyqırımı” iddialarına münasibət bildirərkən deyib.

Professor bildirib ki, son 40 ilin tarixinə nəzər salsaq, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə - 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə salınmışdı. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə olunurdu. Bunun davamı olaraq, 1987-ci il iyulun 18-də Avropa Parlamenti uydurma “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanları”na xatirə günü təsis etdi.

Bununla yanaşı, 1988-ci ildə Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən ermənilər o dövrdə təkcə SSRİ hakim dairələrinin deyil, Qərb ölkələrinin dövlət və hökumət orqanlarının himayədarlığına da arxalanırdılar. Bu məsələdə Qərb ölkələrinin hakimiyyət orqanlarına müəyyən təsir gücünə malik xaricdəki erməni lobbisinin də əsas rolu olub. Faktlar göstərir ki, hadisələrin inkişafının əvvəlində də, sonrakı mərhələlərində də bu amillər güclü rol oynayıb. Xaricdəki erməni lobbisi bunu SSRİ-nin rəhbər orqanlarına kobudcasına müdaxilə və zorakılıqla təzyiq göstərmək mövqeyindən edirdilər. Erməni lobbisinin təzyiqi və yardımı ilə dünyanın bir sıra ölkələrində SSRİ-nin rəsmi nümayəndəlikləri və beynəlxalq təşkilatlar qarşısında keçirilən saysız-hesabsız nümayiş, yığıncaq və mitinqlər təşkil edilirdi.

Qərb dövlətlərinin hakimiyyət orqanlarında ermənilərin təmsil olunmaları və onların dövlətin yüksək vəzifəli şəxslərinə müəyyən təsiri, ilk növbədə, ABŞ-da özünü daha qabarıq şəkildə göstərirdi. 1988-1991-ci illərdə Qarabağla əlaqədar ABŞ-da bir sıra sənədlərin qəbul edilməsində erməni icması tərəfindən 1971-ci ildə yaradılan Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) böyük rolu oldu. Bununla yanaşı, Amerikanın erməni icmasına rəhbərlik edən komitə erməni millətinin mənafeyini tam təmsil etmək məqsədilə ABŞ-ın hökumət dairələri, senatorları, konqresmenləri ilə sıx əlaqə saxlayırdı. 1989-cu il oktyabrın sonunda ABŞ Senatı Hüquq Komitəsinin qəbul etdiyi qərar layihəsində aprelin 24-ü saxta “erməni soyqırımının” 75 illiyinin qeyd edilməsi göstərilirdi. Bu layihəyə Respublikaçılar Partiyasının Senatdakı lideri, ermənipərəst senator Robert Doul rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.

Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azərbaycan və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Uydurma “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində, yəni, 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımının” tanınması ilə əlaqədar müraciət edib. Həmin il aprelin 15-də isə Avropa Parlamenti bunun davamı olaraq 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bununla da Avropa Parlamenti növbəti addımı atmaqla anti-Azərbaycan və anti-türk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarət idi ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.

Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2015-ci il aprelin 24-də Çanaqqala şəhərində türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyini qeyd etdilər. Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən qurtuluşunda həlledici rol oynamış tarixi hadisənin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Həmçinin qeyd etmək yerinə düşər ki, ermənilərin uzun illərdir hazırlıq gördükləri uydurma “erməni soyqırımı”nın 2015-ci ildə “100-cü ildönümü” tədbirlərində yalnız dörd dövlətin prezidentinin iştirak etməsi Ermənistan üçün ağır zərbə idi. Halbuki qısa vaxt ərzində elan edilməsinə baxmayaraq, həmin il Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə 20-dən çox dövlətin prezidenti, 4 dövlətin Baş naziri və bir sıra beynəlxalq təşkilatın rəhbərləri, parlament sədrləri və nazirlər iştirak ediblər.

E.Əhmədov vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin bu istiqamətdə hər zaman vahid platformadan çıxış etmələri mühüm əhəmiyyət daşıyır. Biz bu birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, xüsusilə sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı gördük. Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və Türkiyənin dövlət başçılarının qətiyyətli və prinsipial mövqeyi, eləcə də Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin vahid media platformasından çıxış edərək dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında bunun şahidi olduq.

Qarabağ məsələsinin hər zaman Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini” diqqətə çatdırmış və ölkəmizin haqlı mübarizəsini qətiyyətlə müdafiə edərək demişdi: “Həqiqətən 44 günlük müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir”.

Azərbaycan Prezidenti İlham Əliyev hər iki dost, qardaş dövlətin bütün zamanlarda bir-birinin yanında olduğunu diqqətə çatdıraraq bildirmişdi: “Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı səylərin yaxın vaxtlarda tam bitəcəyi inandırıcı deyil. Çünki bu məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, işin içində erməni lobbisi, regionda maraqları olan güclər də var. Həmin güclər artıq siyasiləşmiş problemə çevrilən qondarma “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar. Çünki uydurma “erməni soyqırımı” iddialarının heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur. Bu, Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir.

Baş verməyən bir hadisəni siyasiləşdirib Türkiyəyə qarşı təzyiq vasitəsinə çevirən Qərbdəki dairələrə xatırlatmaq lazımdır ki, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qarabağın dağlıq hissəsindən 80 min, ətraf yeddi rayondan 700 min, indiki Ermənistan ərazisindən isə 300 mindən çox azərbaycanlı etnik təmizləməyə, soyqırımı və təcavüzə məruz qalaraq tarixən yaşadığı torpaqlardan zorakılıqla didərgin salınıb. Nəticədə XX əsrin sonunda - 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar etnik təmizləmə, soyqırımı, işğalçılıq siyasəti yeridib, azərbaycanlı dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb. Bu hadisələr uydurma deyil və yaxın tariximizdə - 35 ildir bütün dünyanın gözü qarşısında baş verib. XX əsrin sonunda baş vermiş və hələ də yarası sağalmayan Xocalı soyqırımını unudan dairələr 108 ildir ki, uydurma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər.

Professor E.Əhmədov diqqətə çatdırıb ki, ABŞ-ın, Fransanın dövlət başçılarının sələfləri 4-5 il əvvəl bu termini işlətməkdən bir qədər çəkinirdilər. Bəs indi nə olub? Səbəb odur ki, son illərdə qardaş Türkiyənin dünyadakı nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi, iqtisadi və hərbi gücü Qərbin bir sıra dairələrini narahat edir. Ona görə də Türkiyəyə qarşı təzyiq göstərmək və onu təhdid etmək üçün qondarma “erməni soyqırımı” uydurmasını ortaya atırlar. Tarixi sənədlərə əsasən 1915-1921-ci il hadisələri zamanı Anadoluda və Cənubi Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında nə üçün heç bir söz demirlər?

Çünki son zamanlar Qərbdə müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə nə verəcəyini zaman özü göstərəcək. Buna görə hazırda tarixi reallığı təhrif edərək heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, bir sıra qurumların ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır və uydurma “erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili yanaşmanın nəticəsidir.

Bu gün dünya miqyasında dost və qardaş dövlətin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" səfərdə vacib üç xal qazanıb

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib