Xaçmazda yük maşını aşıb VİDEO
Xaçmaz, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 16-sı səhər saatlarında Xaçmazda iribuynuzlu heyvanları daşıyan yük avtomobili aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində baş verib.
Yük yerində iribuynuzlu heyvanlar olan 99-ML-995 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarına aşıb. Qəza zamanı sürücü xəsarət almayıb. Avtomobilin yük yerində olan heyvanlardan bir neçəsi tələf olub.
Faktla bağlı araşdırma aparılır.