Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı VİDEO

Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 11-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur.

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta bəyanatlarla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

- Hörmətli cənab Baş nazir.

Xanımlar və cənablar.

Sizi Azərbaycanda salamlayıram. Ümid edirəm ki, səfəriniz yaddaqalan olacaqdır. Bu, tarixi bir səfərdir. İtaliyanın Baş naziri ilk dəfə olaraq Azərbaycana səfər edir. Biz Sizi Azərbaycanda salamlayırıq. Sizin səfərinizə böyük önəm veririk. Bu, ikitərəfli münasibətlərimizin əhəmiyyətini təsdiq edən bir səfərdir. Bu, ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini müzakirə etmək üçün çox gözəl fürsətdir.

Münasibətlərimiz çox uğurla inkişaf edir. Yaxşı siyasi əməkdaşlığımız vardır və bu səfər məhz onun bariz nümunəsidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində çox fəal əməkdaşlıq edirik. Sıx siyasi təmaslar da əlaqələrimizin şaxələndirilməsində və bütün sahələri əhatə etməsində çox vacibdir. Qeyd edə bilərəm ki, İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Təbii ki, bu, ilk olaraq neft sahəsi ilə bağlıdır. Ancaq ümid edirəm ki, bu səfər və apardığımız, müzakirələr nəticəsində biz ticarət əlaqələrimizi də şaxələndirmiş olacağıq.

Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik ki, burada sərmayəçi və podratçı qismində iştirak etsinlər. Böyük bir nümayəndə heyəti Azərbaycana səfərə gələcək və müxtəlif layihələri müzakirə edəcəkdir. Biz ölkələrimiz arasında enerji əməkdaşlığını müzakirə etmişik. Bu, münasibətlərimizdə yeni səhifə açacaqdır. Bu, təkcə ikitərəfli münasibətlərimiz də deyil, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin yeni səhifəsi olacaqdır.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir. Eyni zamanda, biz Avropa İttifaqının timsalında yeni bazarlar tapmışıq. Bizim çox böyük ehtiyatlarımız vardır. Biz artıq yeni bazarlar müəyyənləşdirmişik və uzunmüddətli əlaqələri təşviq edəcəyik. Bu ilin iyun ayında Transadriatik qaz kəməri marşrutu layihəsinin seçimi ilə bağlı çox mühüm bir hadisə olmuşdur. Bu, çox ədalətli rəqabət şəraitində həyata keçirilmiş seçim olmuşdur. Burada investorlar üçün ən cəlbedici olan layihə seçilmişdir.

Enerji təhlükəsizliyi ölkələr üçün çox vacib məsələdir. Bu mənada Azərbaycan çox gözəl ölkədir. Bizim böyük sərvətlərimiz, böyük bazarlarımız vardır. Eyni zamanda, biz tranzit ölkə kimi də rəqabəti artırmış oluruq və ölkələrimiz arasında əlaqələri təşviq edirik.

Azərbaycan Avropanın bir sıra proqramlarında yaxından iştirak edir. Eyni zamanda, Avropa institutları ilə əlaqələrimiz də mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu mənada mən İtaliyanın Baş nazirinə xüsusi təşəkkürümü bildirirəm ki, Azərbaycanın Avropa institutları və NATO ilə əməkdaşlığına dəstək verir.

Biz enerji ilə bərabər regional məsələləri də müzakirə etmişik. Mən cənab Baş nazirə Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi məsələsi, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirlərimi çatdırdım. Bir sıra qətnamələrə və qərarlara baxmayaraq, hələ də məsələ öz həllini tapmamışdır. Burada təbii ki, beynəlxalq hüquq prinsipi və Azərbaycanın ərazi bütövlüyü əsas məsələdir. Bu məsələnin həlli regional sülh və tərəfdaşlığı təşviq edəcəkdir.

Biz bu regionda çox mühüm ölkəyik. Xəzər hövzəsində yerləşən mühüm ölkəyik. Avropa ilə daha yaxın münasibətlərimiz nəticəsində biz daha səmərəli nəticələr əldə edəcəyik. Mən əminəm ki, cənab Baş nazir, Sizin səfəriniz bizim əlaqələrə müsbət təkan verəcək və müxtəlif sahələrdə əlaqələrimizin inkişafına xidmət edəcəkdir. Təbii ki, İtaliya mədəniyyət sahəsində Azərbaycanda çox məşhur bir ölkədir. Ümidvaram ki, biz də fürsətdən istifadə edərək İtaliya ictimaiyyətinə Azərbaycanı təqdim edəcəyik. Bu səbəbdən, cənab Baş nazir, Sizə təşəkkür edirəm ki, ölkəmizə səfərə gəlmisiniz. Qarşıdakı illərdə çox səmərəli əməkdaşlıq edəcəyimizə əminəm.

İtaliya Nazirlər Şurasının Prezidenti

Enriko Lettanın bəyanatı

- Cənab Prezident.

Mənim üçün burada olmaq böyük şərəfdir. Bizim üçün bu səfərin nə dərəcədə əhəmiyyətli olduğunu Siz çox gözəl bilirsiniz. Mən ölkəmin ilk Baş naziriyəm ki, Azərbaycana, Bakıya səfər edirəm. Bu, bir daha onun göstəricisidir ki, bizim müzakirələrimiz və TAP layihəsinin seçilməsi nə dərəcədə əhəmiyyətli olmuşdur.

Zənnimcə, bu layihə İtaliyanın enerji gələcəyində mühüm bir amil olacaqdır. Bu, təkcə İtaliyanın deyil, eyni zamanda, regionun gələcəyi üçün müstəsna əhəmiyyətə malik layihədir. Bu, böyük bir enerji çərçivəsini dəyişmiş olacaq bir layihədir. Biz yaxşı əməkdaşlıq edərək yunan və alban hökumətləri ilə sıx təmaslar yaratmışıq. Təbii ki, Türkiyə də burada unudulmamalıdır. Əminik ki, bu cür razılaşmalar birgə səmərəli əməkdaşlığımızı təşviq edəcəkdir. Ən başlıcası, biz bu məsələdə vaxt itirməməliyik və tezliklə bu layihənin icrasına başlanmalıdır.

Eyni zamanda, cənab Prezident, Sizə və Azərbaycana dərin təşəkkürümü bildirirəm ki, bu seçimi etmisiniz. TAP layihəsinin seçimi kommersiya prinsiplərinə əsaslanmış seçim olmuşdur. Amma çox vacib bir məsələdir. Zənnimcə, bu layihə ölkələrimiz arasında iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldıracaqdır.

Bu fürsətdən istifadə edərək İtaliya ictimaiyyətinə müraciət edərək bildirməliyəm ki, Azərbaycan bizim ölkə və onun gələcəyi üçün nə dərəcədə əhəmiyyətli bir tərəfdaşdır. Bizim bu layihələrdə yaxından iştirakımız iqtisadi əlaqələrimizi daha da yüksək səviyyəyə qaldıracaqdır.

Biz birgə qrup yaradacağıq. İtalyanın aparıcı şirkətlərinin nümayəndələri noyabrda Azərbaycana səfər edəcəklər. Bu, İtaliyanın Tikinti Şirkətləri Assosiasiyası, habelə Ağır Sənaye Avadanlığı Federasiyasının nümayəndələri Azərbaycana səfər edəcək, burada müxtəlif imkanlar axtaracaqlar. Zənnimcə, bu da təmasların fəallığının bir göstəricisi olacaqdır.

Biz birgə bəyannaməmizdə də qeyd etdik ki, bu fəallıq artırılmalıdır. Eyni zamanda, cari ilin sonunda İqtisadi Komissiyanın iclası keçiriləcəkdir. Bu, çox vacib bir məsələdir. Həmçinin əməkdaşlığımızın mədəniyyət sahəsi də diqqətdən yayınmamalıdır. Biz İtaliya-Azərbaycan mülki cəmiyyət forumu yaradacağıq. Bu forum ictimaiyyət arasında təmasları təşviq edəcəkdir.

Cənab Prezident artıq qeyd etdi, biz Dağlıq Qarabağ münaqişəsinin həllini də müzakirə etmişik. Biz hesab edirik ki, bu məsələdə status-kvo qəbuledilməzdir. Uzun sürən münaqişənin həlli regionda sülh və təhlükəsizliyin təmin edilməsinə tarixi töhfə olacaqdır.

İtaliya Minsk qrupunun fəaliyyətini güclü şəkildə dəstəkləyir və hesab edirik ki, münaqişənin davamlı həlli üçün bu format ən fəaldır. Mən bir daha onu qeyd etmək istərdim ki, münaqişənin uzun müddət həll olunmaması heç bir tərəfin xeyrinə deyildir.

Bundan əlavə, Azərbaycanın “Expo-2015” sərgisində iştirakı ilə bağlı razılığını xüsusi qeyd etmək istərdim. Bu sərgi Milanda keçiriləcəkdir. Orada müxtəlif mühüm mövzular müzakirə ediləcəkdir. Azərbaycana təşəkkür etmək istərdim ki, sərgidə iştirak edəcəkdir. Bu, Avropa İttifaqı üzrə keçirilən bir sərgidir. Bu, artıq 30 il müddətində ənənəvi keçirilən bir tədbirdir. Ona görə də, cənab Prezident, təşəkkür edirəm ki, bu seçimi etmisiniz.

Ümid edirəm ki, tezliklə - noyabrda Sizinlə Vilnüsdə görüşəcəyik. Eyni zamanda, fürsətdən istifadə edərək cənab Prezidenti İtaliyada görməyə çox şad olardım. Cənab Prezidenti 2015-ci ildə həmin sərgi ilə yaxından tanış olmağa dəvət edirəm. Bugünkü görüşümüzün davamı olaraq orada da müxtəlif mövzuları müzakirə edərik.

Eyni zamanda, bizim şirkətlər və istehsalçılar tezliklə Azərbaycana səfərə gəlib müvafiq razılaşmalar imzalayacaqlar ki, bu da iki ölkə arasında çox vacib olan iqtisadi sahəni inkişaf etdirəcəkdir. Enerji İtaliya üçün çox mühüm bir məsələdir. Biz külli miqdarda vəsaitimizi enerji məsələsinə yönəldirik. Biz bu mənada artıq fərqli bir vəziyyətin yaranmasının tərəfdarıyıq. Ona görə də biz çox şadıq ki, Azərbaycan TAP ilə bağlı seçimini etmişdir. Çox təşəkkür edirəm.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

“1news” informasiya agentliyinin direktoru Rəhman Hacıyev: Cənab Baş nazir, sualım Sizədir. Siz qeyd etdiniz ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 20 ildir davam edir. Bildiyiniz kimi, bizim ərazilərimizin 20 faizi Ermənistan qoşunları tərəfindən işğal edilmişdir. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağ münaqişəsi bu gün regionun əməkdaşlığı üçün böyük əngəldir və Avropanın təhlükəsizlik sisteminə mühüm təhdiddir. BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul etmişdir. Bütün qətnamələr Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını tələb etmişdir. Bu günədək Ermənistan bu qətnamələrə və digər sənədlərə məhəl qoymur. Necə düşünürsünüz, bütün bu qətnamələr nəyə görə hələ də icra olunmamışdır?

Baş nazir Enriko LETTA: Bir neçə dəqiqə əvvəl mən cənab Prezidentə bu barədə danışdım. Mən gənc bir tələbə idim. Dağlıq Qarabağ münaqişəsi başlayanda mən universitetdə oxuyurdum, beynəlxalq münasibətlər üzrə təhsil alırdım. Ona görə də mən bu problemlə tanışam. Münaqişə 20 ildən çoxdur davam edir. Bu da çox uzun bir müddətdir. Mən çox gözəl anlayıram ki, bu münaqişənin bundan sonra da belə səmərəsiz davam etməsi nə dərəcədə qorxunc bir fikirdir. İtaliya bu münaqişənin beynəlxalq praktikaya uyğun həlli istiqamətində səylərini əsirgəməyəcəkdir. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bir həll olmalıdır. Ənənəvi olaraq biz bu münaqişəyə böyük diqqət yetirmişik. Bizim diplomatlarımız bu məsələni diqqət mərkəzində saxlamışlar və ənənəvi olaraq müxtəlif təkliflər irəli sürülmüş və nəzərdən keçirilmişdir. Gələn il Avropa İttifaqına İtaliya sədrlik edəcəkdir. Bu, bizim üçün böyük bir məsuliyyətdir. Sizi əmin etmək istərdim ki, biz bu münaqişənin beynəlxalq səviyyədə həllinə nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Ceyhun Əliyev (“Azad Azərbaycan” telekanalı): Cənab Prezident, ölkələrimiz arasında səmərəli əməkdaşlıq mövcuddur. İqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından hansı əlavə tədbirlər görülə bilər?

Prezident İlham ƏLİYEV: Mən cənab Baş nazirlə bu məsələni müzakirə etdim. Biz düşünürük ki, burada şaxələndirmə vacib rol oynayır. Enerji sahəsi münasibətlərimizdə mühüm rol oynayır. Xüsusilə TAP layihəsinin icrası baxımından da bu, belədir. Eyni zamanda, hesab edirəm ki, bizim qeyri-enerji sektorunda da daha böyük potensialımız vardır. Bu, ölkələrimiz və hökumətlərimiz üçün prioritet bir məsələdir. Bu, bizim iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı üçün çox mühüm məsələdir. İtaliya kimi bir tərəfdaş bizə kömək edə bilər ki, biz şaxələndirmə layihələrini uğurla icra edək.

Biz İtaliya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini gözləyirik, eyni zamanda, hökumətlərarası komissiyanın iclası olacaqdır. Burada əməkdaşlıq üçün yaxşı sahələr müəyyən oluna bilər. Biz bu gün tikinti, turizm, kənd təsərrüfatı, yeni sənaye parklarının yaradılması məsələlərini müzakirə etdik. Bildiyiniz kimi, bu, bizim üçün vacib bir məsələdir. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycandakı infrastruktur layihələrində iştirakı məsələsini müzakirə etmişik.

Əminəm ki, biz TAP layihəsini icra etdikcə və enerji sektorunda əməkdaşlığımızı gücləndirdikcə diqqəti qeyri-neft sektoruna yönəldəcəyik, ticarət əlaqələrimizi şaxələndirəcəyik və ölkələrimiz, xalqlarımız arasında təmasları daha da gücləndirəcəyik.

İtaliyalı jurnalist: Cənab Baş nazir, dünən çox təhlükəli bir amillərlə üzləşdik. Bu, qeyri-qanuni miqrasiya məsələsidir. Təkcə media deyil, siyasətçilər də qeyd edirlər ki, müxtəlif ölkələrdə də belə bir mövqelər bildirilir: qanunsuz miqrasiya məsələsi böyük bir problemə çevrilir. Bu, kontinental mahiyyətə malik olan bir problemdir. Bununla bağlı fikrinizi eşitmək istərdik.

Baş nazir Enriko LETTA: Həqiqətən də mən Kataniyada faciə nəticəsində vəfat etmiş insanların ailələrinə öz başsağlığımı çatdırmaq istərdim. Burada İtaliya sahillərinə gəlmiş əmək miqrantlarından söhbət gedir. Bəli, Malta hökuməti bizimlə bərabər olaraq bu məsələnin həllində, bu qurbanların taleyinin müəyyən edilməsində yaxından iştirak edir. Biz çalışırıq ki, bu insanların çətinliyini qarşılaya bilək.

İtaliya Avropanın tərkib hissəsidir və bizim də bir növ mən deyərdim, qonaqpərvərliklə bağlı müəyyən statusumuz vardır. Amma bizim də qanunlarımız və prinsiplərimiz vardır ki, bunlar təmin edilməlidir. Bizim sahillərimizə gəlmiş əmək miqrantları ilə bağlı bir prinsipial mövqeyimiz vardır. Bizim mövqe dəyişmir. Hərdən biz sərt tədbirlər görməli oluruq. Bu gün Aralıq dənizində miqrasiya axını çox mühüm bir məsələdir. Bu məsələ bizim prinsip və qanunlarımız çərçivəsində həll edilməsə, böyük problemlər yaranacaqdır. Bu gün planetin müxtəlif yerlərində də miqrasiya ilə bağlı həmin problemlər yaşanır. Bu, demək olar ki, müxtəlif ölkələrdə vəziyyəti alt-üst edir. On gün bundan öncə bununla bağlı bizim hökumət səviyyəsində xüsusi toplantımız olmuşdur və həmin insanların hər bir şeylə təmin edilməsindən danışmışıq.

Məsələn, Azərbaycanın bu baxımdan böyük nailiyyətləri vardır. Azərbaycan kimi tərəfdaşlar da bizə kömək etsələr biz bu cür böyük maneələri, xüsusilə də qanunsuz miqrasiya kimi problemi həll edə bilərik. Bu, bizim daxili siyasət üçün çox mühüm məsələdir və həm də beynəlxalq səviyyədə belə bir problem mövcuddur. Ona görə də İtaliya öz mövqeyinə sadiq qalsa, biz bu məsələdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə edə bilərik və miqrasiya məsələsini həll etmiş olarıq.

Eyni zamanda, bu, bizim tərəfdaşlarımız üçün də böyük bir kömək olar. Aralıq dənizi üzrə miqrasiya çox mühüm məsələdir. Burada Avropa üzrə vahid təşəbbüslərdən söhbət gedir. Müxtəlif sahələrdə də vahid bir mövqe nümayiş etdirilməlidir. Digər məsələlər kimi, burada da vahid bir mövqe olmalıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı VİDEO

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı