CƏMİYYƏT


28 May qəsəbəsində yeni yerüstü piyada keçidi inşa edilir

Bakı, 22 avqust, AZƏRTAC

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrliyində, Binəqədi rayonundakı 28 May qəsəbəsində yeni yerüstü piyada keçidinin inşası işləri yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a Binəqədi rayon icra hakimiyyətindən məlumat veriblər.

Keçid ölkə Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunub. Avtonəqliyyat vasitələri və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilən keçidin aşırım və pilləkən hissəsi metal konstruksiyadan ibarətdir.

Yeni inşa edilən keçiddə fiziki məhdudiyyəti olanların hərəkəti üçün panduslar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.