Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda ASAIF-ın XI Yay Forumu işə başlamışdır VİDEO

Bakı, 30 avqust (AZƏRTAC). Avqustun 30-da “Fairmont Baku” otelində Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında XI Yay Forumu işə başlamışdır. 

AZƏRTAC xəbər verir ki, forumun açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak etmişlər.

Əvvəlcə ASAIF-ın yaranma tarixindən bəhs edən videoçarx təqdim olunmuşdur.

Tədbirdə ASAIF-ın sədri Ramin Həkimov bildirmişdir ki, üçgünlük tədbirin məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməkdir.

ASAIF-ın sədri diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycan hökuməti tərəfindən dəstəklənən və artıq ənənə halını almış forumda dünyanın 45 ölkəsində təhsil alan 600-ə yaxın azərbaycanlı gənc iştirak edir. Builki forumun əsas yeniliklərdən biri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında xaricdə təhsil alan gənclərin seçim prosesindən keçmədən birbaşa tədbirə dəvət olunmasıdır.

Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilə, gənclərə göstərilən qayğıdan və bu sahədə ASAIF-ın gördüyü işlərdən danışmışdır.

M.Cabbarov vurğulamışdır ki, respublikamızdan ilk dəfə olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılığı ilə 100 nəfər xaricə oxumağa göndərilmişdir. Lakin sonradan onların çoxunun taleyi bəlli olmamışdır. Xaricdə təhsillə bağlı ikinci dalğa isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illəri əhatə etmişdir. Yüzlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərilmişdir. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən nazir demişdir ki, hazırda 10 mindən artıq azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır və onların sayı ildən-ilə artır.

M.Cabbarov bildirmişdir ki, gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan sonra daha da genişləndiriləcəyini diqqətə çatdırmışdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov gənclərlə birlikdə olmaqdan qürur duyduğunu, onların qarşısında çıxış etməyin böyük məsuliyyət tələb etdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan 20 illik müstəqilliyi dövründə möhtəşəm inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit məkanı, iqtisadi cəhətdən ən qabaqcıl ölkələrindən biridir. Bu uğurların qazanılmasında cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin də böyük rolu vardır.

Gənclərimizin xarici ölkələrdə təhsil almalarının Azərbaycan həqiqətlərinin dünyada təbliğində böyük rolunu qeyd edən Ağsaqqallar Şurasının sədri gənclərə və məzunlara hər bir sahədə fəallıq nümunəsi göstərməyi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrini qorumağı və inkişaf etdirməyi tövsiyə etmiş, forumun işinə uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirdə çıxış edərək vurğulamışdır ki, müxtəlif ölkələrdə təhsil alan 600 gəncin forumda iştirakı respublikamızın iqtisadi inkişafının, gücünün əyani sübutudur. Gündən-günə çiçəklənən respublikamızın bugünkü iqtisadi inkişafı azərbaycanlı gənclərin xaricdə təhsil almalarına geniş imkanlar yaradır.

Prezident Administrasiyasının rəsmisi azərbaycanlı gənclərin xaricdə təhsil almaları və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya tanıdılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu bildirmişdir. Gənclərin bütün sahələrdə uğurlarını vurğulayan E.Aslanov demişdir ki, vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq, bütün gənclər Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmalı, ölkəmizi layiqincə təmsil və təbliğ etməlidirlər.

Şöbə müdiri vurğulamışdır ki, Prezident İlham Əliyev informasiya müharibəsində Azərbaycanın qələbəsindən danışarkən bu məsələdə gənclərimizin üzərinə düşən vəzifələri xüsusi qeyd etmişdir. Həqiqətən gənclər XXI əsrdə Azərbaycanı yeni uğurlara aparacaq, müstəqilliyimizi daha da gücləndirəcək qüvvədir.

Son illər ölkəmizin sürətlə inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrildiyini vurğulayan E.Aslanov demişdir ki, biz eyni zamanda, innovativ iqtisadiyyat qurmaq əzmindəyik. Bu gün Azərbaycan iqtisadi inkişafına görə dünyanın 50 rəqabətədavamlı ölkəsi sırasındadır. Bu uğurların qazanılmasında Prezident İlham Əliyevin xidmətləri danılmazdır.

E.Aslanov qarşıdan gələn prezident seçkilərində Azərbaycan gənclərinin və ölkə ictimaiyyətinin daha layiqli namizədə səs verəcəyinə inamını vurğulayaraq demişdir ki, respublikanın sosial-iqtisadi inkişafı, xoş gələcəyi gənclərin seçimindən çox asılıdır. Şöbə müdiri bu forumun ASAIF-ın gələcək perspektivləri üçün yeni imkanlar açacağına əminliyini bildirmiş, qurumun üzvlərinə uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov forum iştirakçılarını təbrik etmiş, müxtəlif ölkələrdə təhsil alan gənclərin və məzunların bir araya gətirilməsinə səbəb olan tədbirin əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, 40-dan çox xarici ölkədə təhsil alan azərbaycanlı gənclərin forumda iştirakı Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına” çevrilməsi ideyasının reallaşmasının parlaq nümunəsidir.

Azərbaycan gəncliyinin fəaliyyətini yüksək qiymətləndirən Ş.Mövsümov onların xaricdə ölkəmizi təmsil etmələri, intellektli, geniş dünya görüşlü şəxslər kimi yetişmələri üçün bir sıra uğurlu layihələrin həyata keçirdiyini bildirmişdir. Fondun icraçı direktoru vurğulamışdır ki, ölkələr dünyada təkcə təbii sərvətlərinə görə deyil, həm də ziyalılarına, insan kapitalına görə tanınırlar. Azərbaycanın təbliğində və tanıdılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin də böyük rolu vardır.

Sonra forum işini “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Əlaqələndirmə Şurasının sədri, ASAIF-ın həmtəsisçisi Orxan Əkbərovun moderatorluğu ilə “Gənclik, lobbiçilik, xaricdə təmsilçilik və Qarabağ” mövzusunda panel iclası ilə davam etdirmişdir.

İclasda xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan danışmış, ölkəmizin əldə etdiyi nailiyyətlər, iqtisadi inkişaf göstəriciləri haqqında forum iştirakçılarına ətraflı məlumat vermişdir. Nazir müavini bildirmişdir ki, xarici siyasətdə əsas məsələ beynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Azərbaycan qonşu ölkələrlə münasibətlərə xüsusi əhəmiyyət verir və onlarla sabit, uzunmüddətli əməkdaşlığa söykənən əlaqələr qurmuşdur.

Forumun keçirilməsini yüksək qiymətləndirən X.Xələfov ölkəmizdə gənclərə olan dövlət qayğısından söz açmış, son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin fəallığının artdığını qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirmişdir ki, xarici ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi görülən işlərə qiymət verilməsində və gələcək fəaliyyətin müəyyənləşməsində mühüm rol oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ölkəmiz üçün əsas problem olduğunu diqqətə çatdıran F.Məmmədov xaricdə təhsil alan azərbaycanlı gəncləri bu sahədə daha da fəal olmağa çağırmışdır. SAM-ın direktoru gəncləri xarici ölkələrdə ölkəmizi təmsil etməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməyə çağırmışdır.

Sonra mövzular ətrafında müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Avqustun 31-də forumun işi panel iclasları ilə davam etdiriləcəkdir.

Bakıda ASAIF-ın XI Yay Forumu işə başlamışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: “Trabzonspor” doğma meydanda “Qaziantep”ni məğlub edib

Gürcüstan müxalifəti Tbilisidə mitinq keçirib

Premyer Liqa: "Mançester Siti" səfərdə vacib üç xal qazanıb

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar