31 Mart soyqırımı qurbanlarının xatirəsi Musiqili Teatrda da yad edilib
AzerTAg.az
Bakı, 1 aprel, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, qürur mənbəyimiz olan şəhid və qazilərimizə, eləcə də zəfərimizin əsas simasına çevrilən analarımıza həsr edilən səhnə əsəri rejissor Samir Qulamovun pyesi və quruluşu əsasında ərsəyə gəlib.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada, eyni zamanda, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə olunur.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Mehriban Zaliyeva, Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Hidayət Əliyev, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.


Xəbərin mətnində orfoqrafik səhv var