31 mart hadisələri bəşəriyyətə qarşı cinayətdir
Bakı, 30 mart (AZƏRTAC). Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının geniş iclası 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuşdur.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda BSU-nun tədris işləri üzrə prorektoru, professor Asif Hacıyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 27 mart tarixli “31 Mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı ilə 31 mart Azərbaycan Respublikasında soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliam deyil, eyni zamanda, bütün dünyada sivil insanlara qarşı yönəlmiş soyqırımıdır. Bu gün bu dəhşətli faciə barədə məlumatları həm dünya dövlətlərinə, xalqlarına, həm də Azərbaycanı gələcəkdə təmsil edəcək gənclərimizə çatdırmaq hər bir azərbaycanlının borcudur.
Hüquq elmləri namizədi, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov tarixi faktlara əsaslanaraq, ermənilərin törətdiyi bəşəri cinayəti pisləmiş, hər kəsi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursu ətrafında birləşməyə çağırmışdır.
Digər çıxış edənlər də son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]