Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi başa çatıb YENİLƏNİB VİDEO
Bakı, 11 may, Göyçək Mahmudlu, AZƏRTAC
Mayın 11-də Bakıda keçirilən ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi başa çatıb.
AZƏRTAC xəbər verir ki, tədbirin sonuncu günü "Vaskulyar neyrocərrahiyyə" paneli ilə başlayıb.
Bundan başqa, gün ərzində "Neyroonkologiya", "Neyroanatomiya", "Spinal neyrocərrahiyyə" panel sessiyaları və peyk simpozium keçirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycanla yanaşı, 15 ölkədən - Türkiyə, Yunanıstan, Argentina, Braziliya, İtaliya, İngiltərə, ABŞ, Özbəkistan, Qazaxıstan, Albaniya, Rusiya, Serbiya, Avstriya, Gürcüstan və Çilidən ümumilikdə 300-dən çox mütəxəssis iştirak edib. İki gün ərzində 60 məruzəçi müxtəlif mövzularda təqdimatlarla çıxış edib, həmçinin iştirakçılarla müzakirələr aparılıb.
Konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.
09:48
Bakı, 11 may, AZƏRTAC
Bakıda ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresinin ikinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirin sonuncu günü "Vaskulyar neyrocərrahiyyə" paneli ilə başlayıb.
Bundan başqa gün ərzində "Neyroonkologiya", "Neyroanatomiya", "Spinal neyrocərrahiyyə" panel sessiyaları və peyk simpozium keçiriləcək.
Qeyd edək ki, konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.