3 nömrəli Uşaq Evində monitorinq aparılıb
Bakı, 13 aprel, AZƏRTAC
Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 nömrəli Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış videoməlumata əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb. Məlumat aidiyyəti quruma təqdim ediləcək.
Monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilib.
Qeyd edək ki, 3 nömrəli Uşaq Evinin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [16:51]
Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır
- 17.11.2026 [16:20]
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq
- 17.11.2026 [16:08]
DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb
- 17.11.2026 [15:15]
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər saxlanılıb
- 17.11.2026 [15:08]