Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdirVİDEO

Bakı, 6 dekabr (AZƏRTAC). Dekabrın 6-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi (“BakuTel-2013”) çərçivəsində keçirilən tədbiri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu təşkil etmişlər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə rabitə və informasiya texnologiyaları işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirin “BakuTel-2013” çərçivəsində keçirildiyini qeyd edən A.Əlizadə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi son nailiyyətlərin nümayiş olunduğunu bildirmişdir.

Alim “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində ölkəmizdə həyata keçirilən bir sıra mühüm işlərdə AMEA-nın yaxından iştirak etdiyini söyləmiş, Azərbaycanda internetin formalaşması, inkişaf mərhələləri, müasir vəziyyəti və perspektivlərinə həsr edilən konfransın yekunlaşmaqda olan “İnformasiya-kommunikasiya texnologiyaları ili” üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən olduğunu vurğulamışdır.

Ölkədə informasiya cəmiyyəti, elektron dövlət quruculuğu proseslərinin uğurla həyata keçirildiyini qeyd edən AMEA-nın prezidenti bu tərəqqi sayəsində internetin dinamik inkişaf etdiyini, istifadəçilərin sayının sürətlə artdığını vurğulamışdır. A.Əlizadə demişdir: “Hazırda Azərbaycan internetin, bütövlükdə, İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün bunlar ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqinin, internet infrastrukturunun inkişafının, internet azadlıqlarının yüksək səviyyədə təmin olunmasının göstəricisidir”.

Akademik diqqətə çatdırmışdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında internet infrastrukturunun davamlı inkişafı, informasiya cəmiyyəti quruculuğunun yüksək səviyyədə aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi öz əksini tapmışdır. Azərbaycan internet şəbəkəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha səmərəli mübarizə aparılması, elektron kommersiyanın etibarlı fəaliyyəti, kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi istiqamətində müvafiq beynəlxalq təşkilatlarla, dünya ölkələri ilə intensiv və səmərəli əməkdaşlıq edir.

Çıxışının sonunda A.Əlizadə konfransın alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması, fikir və şərhlərinin ifadəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov “İnternet və dövlət siyasəti” mövzusunda çıxış etmişdir. Ə.Abbasov dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinin son illər bu sahədə yüksək tərəqqinin göstəricisi olduğunu diqqətə çatdırmışdır. Nazir İKT xidmətlərinin genişləndirilməsinin, informasiya və bilik bazarının formalaşdırılmasının və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd etmişdir. O, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli və genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır.

Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında “Elektron hökumət” portalının xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayan Ə.Abbasov RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılmasının əhəmiyyətini qeyd etmişdir. Nazir elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması baxımından agentliyin strateji qurum olduğunu bildirmişdir. Ə.Abbasov 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, kiberçinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını bildirmişdir. O, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə çatmaq üçün İKT mütəxəssislərinin üzərinə yeni və məsuliyyətli vəzifələrin qoyulduğunu qeyd etmişdir.

İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev “Azərbaycanda internetin formalaşması mərhələləri və inkişaf perspektivləri” mövzusunda məruzə etmişdir. R.Əliquliyev internetin 44 ildə keçdiyi sürətli inkişaf yolunun bir çox təzadlarla, siyasi-ideoloji qarşıdurmalarla, mental dəyərlərin itirilməsi qorxusundan irəli gələn təzyiqlərlə müşahidə olduğunu bildirmişdir. O demişdir: “Bütün bunlara baxmayaraq internet dünyada vüsət almaqla, müxtəlif fəaliyyət sahələrinə getdikcə daha dərindən nüfuz edir, insanların həyat tərzinin ayrılmaz hissəsinə çevrilir”.

İnstitutun direktoru qeyd etmişdir ki, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsi ölkənin gələcək inkişafını səciyyələndirən vacib amillərdəndir. Bu gün internetin aktual elmi problemlərinin həlli alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoymuşdur.

İnstitutda internetin inkişaf perspektivlərinin araşdırıldığını deyən professor qlobal şəbəkənin “Əşyaların interneti”, “Kosmik internet”, “Tibbi internet”, “Biometrik internet” kimi yeni istiqamətlərinin öyrənildiyini bildirmişdir. Natiq bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd etmiş, müxtəlif nüfuzlu beynəlxalq reytinq agentliklərinin son hesabatlarında ölkəmizin nailiyyətlərinin əks olunduğunu nəzərə çatdırmışdır. Alim qeyd etmişdir ki, qabaqcıl informasiya texnologiyaları sahəsində innovativ ideyaların tətbiqi, yeni proqram təminatlarının yaradılması yaxın gələcəkdə cəmiyyətdə əhəmiyyətli dəyişikliklərə səbəb olacaqdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanlarından bəhs etmişdir.

Konfransda informasiya texnologiyaları üzrə aparıcı mütəxəssislərin, alimlərin çıxışları dinlənilmişdir. Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında onun imkanları, sosial medianın problemləri, internetin inkişafı naminə dövlət-biznes-vətəndaş cəmiyyətinin birgə səyləri, internet və informasiya texnologiyalarının hüquq elmi və təhsilinin inkişafına təsiri, Azərbaycanda internetskopiya problemlərinə dair müzakirələr və fikir mübadiləsi aparılmışdır.

 

“Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdirVİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub