Silahdaşını qucağında itirən müəllim: bu gün şagirdlərinə Vətən sevgisini aşılayır VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsinin iştirakçısı, Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Ülvi Qurbanovun döyüş yolu yaddaşında silinməz izlər buraxıb. Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edən, yaralanan və yaxın silahdaşını qucağında itirən Ülvi Qurbanov bu gün müharibə xatirələrini şagirdləri ilə bölüşür, onlara Vətən sevgisi, torpağa bağlılıq və vətənpərvərlik ruhu aşılamağa çalışır. O, döyüş meydanında qazandığı təcrübəni müəllimlik fəaliyyəti ilə birləşdirərək gələcək nəslin fiziki və mənəvi cəhətdən güclü yetişməsinə töhfə verməyi əsas məqsədlərindən biri hesab edir.
Ülvi Qurbanov AZƏRTAC-a müsahibəsində müharibənin yaddaşında silinməz iz qoyan döyüş anlarından, itirdiyi silahdaşlarından, Qələbə xəbərini necə qarşılamasından və bu gün müəllim kimi Vətənə xidmətindən danışıb.
Daha ətraflı əməkdaşlarımızın hazırladığı videomüsahibədə izləyə bilərsiniz.