İqtisadiyyat naziri: Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib. Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2020-ci ildən etibarən Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. “Holdinq idarəetmə modelinə keçid - Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”, - deyə M.Cabbarov bildirib.
Fotoqraf - Aydın Məmmədov