Mərkəzi Bankın sədri: Məzənnə 2027-ci ildə də makroiqtisadi sabitliyin əsas dayağı olacaq VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində idarə edilməsi olacaq. Pul siyasəti qərarları makroiqtisadi proqnozlara və təhlillərə əsaslanacaq.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, növbəti ildə də məzənnə makroiqtisadi sabitliyin başlıca dayaq nöqtəsi kimi çıxış edəcək. Xarici balansın profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Pul bazarında qısamüddətli faizlər pul siyasətinin dəstəkləyici əməliyyat hədəfi olaraq istifadə olunacaq. Mərkəzi Bank mövcud alətlərdən istifadə etməklə qısamüddətli faizləri faiz dəhlizi daxilində idarə edəcək. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:16]
® “Birbank” hərbçilər üçün nağd kreditdə 5 faizədək güzəşt təqdim edir
- 16.11.2026 [13:14]
2022-2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz olacaq
- 16.11.2026 [13:06]
Azərbaycanda qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub
- 16.11.2026 [13:05]