ELM VƏ TƏHSİL


“5G” mesajlar standartı təqdim edilib

Bakı, 9 aprel, AZƏRTAC

Çinin üç ən böyük operatoru “China Mobile”, “China Telecom” və “China Unicom” tərəfindən onlayn formatda keçirilmiş konfransda “5G” mesajlar standartı təqdim edilib.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, yeni texnologiya SMS və MMS kimi köhnəlmiş standartları əvəz etmək üçün nəzərdə tutulur. 5G standart yalnız mətnlə deyil, həm də şəkil, audio, video, smaylik və kontaktlarla mübadilə etməyə imkan verir.

Aprelin 10-dan yeni texnologiyanın sınağına başlanılacaq. Onun kommersiya istismarı bu ilin iyununa planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.