Gəncədə velosiped parkı istifadəyə verilmişdir VİDEO
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycanda velosiped idmanına gündən- günə artan maraq ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə də hiss olunmaqdadır.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) AZƏRTAC-a bildirmişlər ki, bu idman növünün həvəskarlarının rahatlığını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın yanında Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən velosiped yolları istifadəyə verilmişdir.
Burada velosiped kirayələmə məntəqəsi də fəaliyyət göstərir. Günün istənilən saatında velosiped həvəskarları ümumi uzunluğu 17 kilometr olan yollarda velosiped sürmək imkanına malikdirlər.
AzVİF-in mətbuat xidməti həmin parkdan foto və videogörüntüləri təqdim etmişdir.