Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın yubileyinə həsr olunan beynəlxalq konfrans işə başlayıb VİDEO

Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın təşkilatçılığı ilə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr edilmiş “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Misir, Özbəkistan, Gürcüstan və digər ölkələrdən nümayəndələr iştirak edirlər.

Konfransın birinci plenar iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb.

Bildirilib ki, Aida İmanquliyeva XX əsr Azərbaycan şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olub, bütün ömrünü bu sahəyə həsr edib və çox böyük uğurlar qazanıb. O, Azərbaycanda şərqşünaslıq üzrə ilk qadın elmlər doktoru, professordur. Görkəmli alim həm keçmiş sovet, həm də dünya məkanında ilk dəfə məhcər ərəb ədəbiyyatını sistemli şəkildə tədqiq edərək fundamental əsərlər yazıb. Onun elmi irsini yaşatmaq və yeni nəsillərə ötürmək bizim borcumuzdur.

A.Əlizadə qeyd edib ki, Aida İmanquliyevanın müraciət etdiyi mövzular o dövrdə də öz müasirliyi ilə seçilirdi, bu gün də aktuallığını itirməyib. Əksinə, indi Şərqdə cərəyan edən mədəni proseslər kontekstində həmin mövzular böyük əhəmiyyətə malikdir. Qırx il bundan əvvəl görkəmli şərqşünas alimin müraciət etdiyi şəxsiyyətlər bu gün də intellektual cəmiyyətin diqqət mərkəzindədir. Üç il bundan əvvəl Sankt-Peterburq Universitetinin nəşriyyatı Aida İmanquliyevanın Cübran Xəlil Cübran, Əmin əl-Reyhani və Mixail Nüaymənin yaradıcılığını araşdırdığı “Qələmlər ittifaqı” monoqrafiyasını yenidən nəşr edib. Görkəmli alim mədəniyyətlərin, ədəbiyyatların və sivilizasiyaların qovuşuğunda formalaşmış, püxtələşmiş bir tədqiqatçı kimi bu mütəfəkkirlərin yaradıcılığının mahiyyətini araşdırmağa qadir idi.

Konfransda Rusiya Elmlər Akademiyası rəyasət heyətinin üzvü, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin “Professor Aida İmanquliyevanın tədqiqatlarının problematikası (alimin anadan olmasının 75 illiyinə)” mövzusunda məruzə ilə çıxış edib. Rusiyalı akademik bildirib ki, Aida İmanquliyeva Şərq ruhuna və Qərb zəkasına dərindən yiyələnmiş bir şəxsiyyət idi. Onun Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemlərini sistemli şəkildə araşdıran ilk azərbaycanlı ərəbşünas olduğunu xüsusi qeyd etmək lazımdır. Dərin intuisiyası, uzaqgörənliyi sayəsində Aida İmanquliyeva hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan mədəniyyətlərarası dialoq probleminə özünəməxsus tərzdə yanaşıb, onun fəlsəfi mahiyyətini açmağa nail olub. Alim Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürüb, mədəni yüksəlişi şərtləndirən amillərə istinad edib. Bütün bunlar onun özünün bütövlüyə, vəhdətə can atan xarakterinin təzahürü idi.

Misirin Ayn Şəms Universitetinin ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi “Şərqşünas Aida İmanquliyevanın mədəniyyətlərarası əlaqələrin yaranması və ədəbi tənqid sahəsindəki xidmətləri” mövzusunda məruzəsində görkəmli alimin ərəb mədəniyyəti və ədəbiyyatını Azərbaycan şərqşünaslıq məktəbinə tanıtmaq sahəsində müstəsna xidmətlərindən danışıb, onun məhcər ədəbiyyatına həsr olunan “Yeni ərəb ədəbiyyatının korifeyləri” əsərinin əhəmiyyətini xüsusi qeyd edib. Misirli professor bildirib ki, məruzəsinin mövzusu da məhz bu əsərdə bir tərəfdən ərəb ədibi ilə yaşadığı Qərb mühiti arasında mədəni əlaqələrin qurulması, digər tərəfdən isə ərəb ədəbiyyatı ilə tanışlıq və kitabda verilən olduqca mühüm məlumatların azərbaycanlı mütəxəssislərə çatdırılmasına həsr edilib. O deyib ki, görkəmli şərqşünas alim Aida İmanquliyeva ərəb ədəbi tənqidi sahəsində də söz sahibi olub. Görkəmli alimlərə ən yaxşı vəfa borcumuz onların bizə miras qoyduqları elmi və intellektual irsi araşdıraraq yeni nəsillərə çatdırmaqdır.

Konfransda Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin “Aida İmanquliyeva Azərbaycan şərqşünasliğının ən görkəmli nümayəndələrindən biri kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, zəngin ənənələrə malik Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən olan professor Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub gedib, fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib və inkişaf etdirib. Dünyanın bir sıra ölkələrində, o cümlədən ərəb aləmində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.

Professor Aida İmanquliyeva akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirib, qısa müddətdə institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, bu elm müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onun dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə fəaliyyətinin əlaqələndirilməsi sahəsində çox böyük işlər görüb. Görkəmli alim 20 ildən artıq BDU-nun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib.

Daha sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Məmməd Səid Özərvarlı, Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru Tanju Seyhan, Tbilisi Dövlət Universitetinin təmsilçisi Mzisa Buskivadze məruzələrlə çıxış ediblər. Natiqlər görkəmli şərqşünas alim Aida İmanquliyevanın 75 illik yubileyinə həsr edilən konfransa dəvət olunduqları üçün, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Konfransın ikinci plenar iclasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli “Görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında söz” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, professor Aida İmanquliyeva Azərbaycanda şərqşünaslıq tədqiqatlarının istiqamətini ilk dəfə ardıcıl və sistemli şəkildə ədəbiyyatşünaslıq səmtinə yönəldib, bu istiqamətdə tədqiqatlar aparıb. Onun ərəb ədəbiyyatına həsr edilən fundamental və dərin ümumiləşdirməyə malik elmi əsərləri Azərbaycan şərqşünaslıq elmini zənginləşdirən və yeni istiqamətlər açan tədqiqatlar kimi böyük əhəmiyyətə malikdir. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ədəbiyyatşünaslıq elmi istiqamətinin yaradıcısı və rəhbəri olub. Görkəmli alimin Azərbaycan şərqşünaslarının yeni nəslinin inkişafında böyük xidmətləri var. Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Aida İmanquliyeva ölkəmizdə şərqşünaslıq elmi sahəsində özünəməxsus yol açan, məktəb yaradan görkəmli alimdir. O, bütün həyatını ərəb ədəbiyyatı korifeylərinin yaradıcılığının öyrənilməsinə həsr edib, bu mövzuda sanballı elmi əsər nəşr etdirib. Görkəmli alimin qiymətli və zəngin elmi irsi şərqşünaslar üçün faydalı bələdçi və dəyərli mənbə kimi böyük əhəmiyyətə malikdir.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva “Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın şərqşünaslıq elminin inkişafında rolu” mövzusunda məruzəsində alimin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı sanballı xidmətlərindən söz açıb. Bildirilib ki, Aida İmanquliyeva elmin enişli-yoxuşlu yollarını pillə-pillə keçib, zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib. Üç monoqrafiya və 70-dən artıq elmi məqalənin müəllifi Aida İmanquliyeva həm də Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. O, Azərbaycan şərqşünaslıq elmini dünyanın müxtəlif ölkələrində dəfələrlə yüksək səviyyədə təmsil edib.

Professor Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Onun rəhbərlik etdiyi ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə olunub.

G.Baxşəliyeva bildirib ki, professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi.

İclasda Misirin Ayn Şəms Universitetinin professoru İslam əl-Şərqavi, Rusiya Müdafiə Nazirliyi Hərbi Universitetinin təmsilçisi Vyaçeslav Axmadulin, Özbəkistan Elmlər Akademiyasının əməkdaşı Burobiyə Rəcəbova, Türkiyənin Kastamonu Universitetinin nümayəndələri Namiq Musalı, Gültən Küçükbasmacı, Şərifə Uzun, Fatma Zəhra Pattabanoğlu və Vüsalə Musalının mövzu ilə bağlı məruzələri dinlənilib.

Konfrans işini oktyabrın 11-də yeddi bölmədə iclaslarla davam etdirəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub