Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Respublika Şahmat Mərkəzinin ilk direktoru, tanınmış məşqçi Fuad Cəfərovun xatirəsi unudulmazdır VİDEO

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun vəfatından on il ötür. Təcrübəli məşqçi, eyni zamanda, şahmat turnirlərinin gözəl təşkilatçısı olan Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında böyük ehtiramla çəkilir.

Azərbaycanın şahmat tarixində Fuad Cəfərovun mühüm xidmətləri olub. Moskvada ikiillik ali məşqçilər kursunu bitirmiş F.Cəfərov nəinki məşqçi və pedaqoq kimi nüfuz qazanıb, eyni zamanda, beynəlxalq hakim kimi ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil edib. Təsadüfi deyil ki, İlqar Bacarani, Sərxan Quliyev, Vladislav Verdixanov, Rauf Məmmədov, Nicat Məmmədov, Loğman Quliyev kimi güclü şahmatçılar məhz onun rəhbərliyi ilə yetişiblər. Fuad Cəfərovun tələbələri daim respublika və beynəlxalq miqyaslı yarışların mükafatçıları sırasında yer alıblar. 1983–cü ildə keçirilən ittifaq səviyyəli yarışda isə onun məşqçisi olduğu Bakı Pionerlər Sarayı komandasının ikinci yeri tutması da Fuad Cəfərovun xidmətləri ilə bağlıdır.

Şahmatın sirlərini ilk müəllimi Fuad Cəfərovdan öyrənən, onun istedadlı tələbələrindən olan beynəlxalq usta İlqar Bacarani ustadı barədə fikirlərini bölüşərək bildirib: “Fuad Cəfərov peşəkar müəllim, gözəl təşkilatçı, tanınmış hakim, əsl vətənpərvər idi. O, şagirdlərinə həmişə can yandırar, onların peşəkarlığının artırılmasına, insani münasibətlərə ciddi əhəmiyyət verərdi. Məhz Fuad müəllimin təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində xeyli işlər görülüb. O dövrdə “Ağ top” yarışlarının, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirlərinin keçirilməsi, 1983-1988–ci illərdə “Bakı” qəzetinin şahmat rubrikasında verilən maraqlı kompozisiyalar da onun adı ilə sıx bağlıdır. Fuad Cəfərov mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə, eləcə də Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda iştirakına çalışır və buna nail olurdu. Təsadüfi deyil ki, məhz onun sayəsində hələ SSRİ dövründə Respublika Şahmat Mərkəzinin komandasını Almaniyaya dəvət etmişdilər”.

Uşaq yaşlarından şahmata xüsusi sevgisi olan Fuad Cəfərov hərbi xidmətdə olarkən Qafqaz qarnizonunun təmsilçisi kimi idmanın bu növü üzrə yarışlarda iştirak edirdi. O, yetirmələrinə şahmatın sirlərini öyrədir, eyni zamanda, axşamlar hüquq fakültəsində təhsil alırdı. Fuad Cəfərovun idmanın bu növünə olan sevgisi onu ömrünün sonunadək şahmata bağladı. O, hüquq sahəsində işləmədi, ömrünü şahmata həsr etdi.

Müəlliminin yüksək insani keyfiyyətlərindən danışan beynəlxalq qrossmeyster Sərxan Quliyev bildirib ki, Fuad müəllim hər zaman yetirmələrinin yanında yer alır və onlara mənəvi dayaq olurdu. Onun təşkilatçılığı ilə keçirilən yarışlarda Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov kimi gənc şahmatçılar yetişdilər. Fuad müəllimin yetirmələri bu gün də ölkəmizin idman şərəfini uğurla qoruyurlar. Çox təəssüf ki, Fuad Cəfərov bu dünyadan vaxtsız köçdü. Şahmat ictimaiyyəti Fuad müəllimin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Çünki Fuad Cəfərovun mənəvi dünyasının zənginliyi, yüksək insani keyfiyyətləri və xeyirxahlığı onu tanıyanların yaddaşından silinməyəcək”.

Fuad Cəfərov şahmat ictimaiyyətində yüksək təşkilatçılıq qabiliyyətinə malik insan kimi tanınırdı. Təsadüfi deyil ki, Respublika Şahmat Mərkəzi fəaliyyətə başlayanda direktor vəzifəsinə onun namizədliyi irəli sürüldü. Fuad müəllimin 1986-cı ildən 2004-cü ilədək rəhbərlik etdiyi Respublika Şahmat Mərkəzi müxtəlif yaş qrupları üzrə şahmat yarışlarının keçirildiyi, gənc istedadlı idmançıların üzə çıxarıldığı məkana çevrildi.

Beynəlxalq qrossmeyster Aynur Sofiyeva həmin dövrlə bağlı xatirələrini bölüşərək deyib: “Fuad müəllim mənim xatirəmdə gözəl insan kimi qalıb. Onun Respublika Şahmat Mərkəzində yaratdığı gözəl ab-hava, idmançılara göstərdiyi diqqət və qayğı, gənc idmançılarla səmimi münasibət qurmaq bacarığı Fuad müəllimin ən böyük xüsusiyyətlərdən idi. Ona görə də şahmatçılar, xüsusən də gənc idmançılar arasında Fuad müəllimin böyük hörməti var idi. Fuad Cəfərova onun malik olduğu yüksək keyfiyyətlərinə görə həmişə hörmət bəsləmişəm və həmin gözəl hisslər bu gün də qəlbimdə yaşayır”.

Azərbaycanın şahmat tarixində özünəməxsus yeri olan Fuad Cəfərovun adı həmişə ehtiramla çəkilir, onun xatirəsinə həsr olunmuş turnirlər, yarışlar keçirilir.

Belə yarışlardan biri noyabrın 3-də Respublika Şahmat Mərkəzində start götürən beynəlxalq turnirdir.

İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstandan 32 zəka sahibi birincilik uğrunda mübarizə aparır. Noyabrın 9-da yekun vurulacaq turnirin baş hakimi Nurəli Məmmədzadə, yarışın direktoru İlqar Bacaranidir. Beynəlxalq reytinqli şahmatçıların mübarizə apardığı turnir 7 turdan ibarətdir.

Turnirin açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, Fuad Cəfərovun ailə üzvləri, dostları, veteran şahmatçılar iştirak ediblər.

AŞF-nin vitse-prezidenti Faiq Həsənov görkəmli məşqçi Fuad Cəfərovun ölkəmizdə şahmatın inkişafına verdiyi töhfələrdən, onun təşkilatçılıq qabiliyyətindən və yetirmələri barədə məlumat verib, onunla bağlı xatirələrini bölüşüb.

Turnir iştirakçıları, eləcə də onunla uzun müddət bir yerdə çalışmış dostları və tələbələri Fuad Cəfərovla bağlı xatirələrini danışıb, şahmatın inkişaf etdirilməsindəki xidmətlərindən söz açıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb