Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, biologiya fənni üzrə 120, coğrafiya fənni üzrə 122 olmaqla ümumilikdə 242 şagird imtahanda iştirak edib. Nəticələr institutun saytı vasitəsilə elan ediləcək.