REGİONLAR
Bakıdan yola düşəndə ekskursiyamızın bu qədər maraqlı olacağını heç düşünmürdüm
Bu layihədə iştirak etdiyimə görə özümü çox xoşbəxt sanıram. Bakıdan yola düşəndə ekskursiyamızın bu qədər maraqlı olacağını heç düşünmürdüm. Tur-aksiyamızın məqsədi, adından da göründüyü kimi, ölkəmizi yaxından tanımaq, onun tarixini, mədəniyyətini, mədəni irsini daha dərindən öyrənməkdir. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə biz məktəblilərə Azərbaycanın bölgələri ilə, dilbər guşələri ilə yaxından tanış olmaq fürsəti yaratdı. Bu baxımdan, layihənin əhəmiyyəti olduqca böyükdür.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyada iştirak edən Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 80 nömrəli tam orta məktəbin XI sinif şagirdi Günel Nağıyeva Qaxda AZƏRTAC-a müsahibəsində deyib.
Tur-aksiyanın məktəblilərin hərtərəfli yetişməsinə, dünyagörüşlərinin zənginləşməsinə çox müsbət təsir göstərəcəyini vurğulayan G.Nağıyeva onlara belə layihə hədiyyə etdiyinə görə Prezident İlham Əliyevə məktəblilər adından dərin minnətdarlığını bildirib.