Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tokioda “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” adlı bələdçi kitabı nəşr olunub VİDEO

Tokio, 13 noyabr, AZƏRTAC

Bu günlərdə Yaponiyanın paytaxtı Tokioda tanınmış iqtisadçı-ekspert, “World Investors TV” internet televiziyasının prodüseri Kazuyasu İşidanın “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” adlı kitabı nəşr olunub. “Pan Rolling” nəşriyyatında yapon dilində dərc edilmiş 256 səhifəlik kitab bu ölkənin oxucularına Azərbaycanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, müasir iqtisadi inkişafı, turizm potensialı və biznes imkanları barədə məlumat verən ilk bələdçi nəşrdir.

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri kitabın müəllifi ilə görüşərək ondan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

- Hörmətli Kazuyasu İşida, Sizi Yaponiyada Azərbaycanla bağlı televiziya verilişlərinin aparıcısı, müxtəlif seminarların təşkilatçısı, çoxsaylı məqalələr müəllifi kimi tanıyırlar. Azərbaycan mövzusuna belə xüsusi diqqət yetirməyinizin səbəbləri barədə nə deyə bilərsiniz?

- Azərbaycanın sürətli inkişafı və bunun dünyanın hər yerində böyük maraqla izləndiyi barədə çox eşitmişdim. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması, lakin bununla yanaşı, ölkə rəhbərliyinin qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində atdığı addımlar diqqətimi xüsusilə cəlb edirdi. Ölkənizə ilk səfərim zamanı mən xalqınızın səmimiliyinin, qonaqpərvərliyinin şahidi oldum. Eyni zamanda burada yapon xalqına olan böyük məhəbbət və maraqla qarşılaşdım.

Məni Azərbaycana cəlb edən iki cəhəti xüsusilə vurğulamaq istərdim. Bunlardan birincisi sizin xalqınız, ikincisi isə zəngin tarixiniz və bu tarixə bağlılığınızdır. Yaponiyanı da dünyada yaxşı mənada tanıdan məhz bu xüsusiyyətlərə malik olmasıdır. Bu, Yaponiya və Azərbaycanı birləşdirən, fəxr olunası, qürur doğuran cəhətlərdir.

Bütün bunları yapon oxuculara çatdırmaq üçün mən Azərbaycanla bağlı internet televiziyamızda xüsusi verilişlər hazırlamağa, ölkəniz haqqında məqalələrlə çıxış etməyə başladım.

- Bəs necə oldu ki, Azərbaycan haqqında kitab yazmaq qərarına gəldiniz?

- Hiss etdim ki, Azərbaycan kimi əsrarəngiz ölkə haqqında yalnız seminarlar təşkil etmək, məqalələr yazmaq azdır. Həmçinin Azərbaycanın Yaponiyada sadə kütlə arasında yaxşı tanınmadığını nəzərə alaraq, mən dünyanın iqtisadi böhranla qarşılaşdığı bir vaxtda sürətlə inkişaf edən ölkəniz haqqında kitab yazmaq qərarına gəldim. Səmimi deyim ki, Azərbaycana çoxsaylı səfərlərimdə ölkənizə, onun insanlarına qarşı yaranmış məhəbbət hissi məni buna sövq etdi. Vurğulamaq istəyirəm ki, mənimlə birlikdə Azərbaycana səfər edən yapon dostlarımın əksəriyyətində də ölkənizə qarşı böyük sevgi var. İstədim ki, bu məhəbbəti və hörməti həm yaponlarla, həm də Azərbaycandakı dostlarımızla bölüşüm.

- Kitabda Azərbaycan yapon oxuculara əsasən hansı prizmadan təqdim olunur?

- Kitabda yapon oxuculara əsasən Azərbaycan haqqında ümumi informasiyanın, ölkənizin coğrafi mövqeyi, tarixi, mədəniyyəti, iqtisadiyyatı, həyata keçirilən beynəlxalq səviyyəli, nəhəng layihələr, Azərbaycanda biznes imkanları, eləcə də sürətli inkişaf barədə son məlumatların çatdırılmasına çalışmışam. Nəşrdə mənimlə birlikdə Azərbaycana səfər etmiş yapon dostlarımın ölkəniz haqqında rəyləri verilmiş məqalələri də yer alıb.

- Yeri gəlmişkən, müsahibəmizdə iştirak edən “Wstar Co.Ltd” şirkətinin prezidenti Tomohiro Vatanabenin kitabda dərc edilmiş məqaləsi barədə məlumat verə bilərmi?

- Mən iş adamıyam. Rəhbərlik etdiyim şirkət əsasən dünyada yaxşı tanınan yapon mərmərəbənzər mal ətinin - vaqyunun istehsalı, ondan milli yeməklərin hazırlanması sahəsində ixtisaslaşıb. Azərbaycana səfərimin məqsədi həm gözəl ölkənizlə tanış olmaq, həm də yapon milli mətbəxini Azərbaycanda daha yaxşı tanıtmaqdır. Səmimi deyim ki, Azərbaycana olan sevgim məni yapon qəlbini ölkənizdə daha yaxşı tanıtmağa sövq edir. Mən məhz yaponların “Şabu-şabu”, “Yakunike” və digər milli yeməkləri vasitəsilə əsl yapon ruhunu ölkənizə çatdırmaq istəyirəm.

Məqaləmə gəldikdə isə mən əsasən çox dadlı və rəngarəng mətbəxiniz haqqında yapon oxuculara məlumat verməyə çalışmışam. Bu gözəl yeməklərin dadı ilə tanış olmaq üçün onları Azərbaycana səfərə dəvət etmişəm.

-Kitabda müasir Azərbaycan tarixində ümummilli lider Heydər Əliyevin rolu və Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan nəhəng quruculuq işlərinə də geniş yer ayrılıb. Bu barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, liderlik çox çətin məsələdir və heç də hər rəhbər güclü lider ola bilmir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyətinə onun mənsub olduğu xalqın güclü lideri kimi çox böyük hörmətim var. Məhz güclü liderlik xüsusiyyətlərinə malik olduğuna, böyük qətiyyətinə və cəsarətinə görə Heydər Əliyev Azərbaycanı çox ağır vəziyyətdən qurtararaq sürətli inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyev isə Ümummilli Liderin inkişaf strategiyasını böyük bacarıqla reallığa çevirir. Onun rəhbərliyi altında Azərbaycan kimi kiçik dövlətin həyata keçirdiyi nəhəng beynəlxalq layihələr yalnız böyük hörmətə layiqdir. Təəssüf ki, dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiyanın özündə bu gün belə qətiyyətli liderlər yoxdur. Düşünürəm ki, bu gün Azərbaycanın sürətli inkişafı, qazandığı uğurlar məhz onun qətiyyətli liderlərinin sayəsində mümkün olub. Azərbaycanın gücü məhz güclü liderlərlə ağıllı ideyalara malik gənclərin birliyindədir.

- Kitab üçün materialları toplayarkən hansı mənbələrdən istifadə etmisiniz və kitab əsasən hansı oxucu auditoriyası üçün nəzərdə tutulub?

- Materialların toplanmasında mənə göstərdiyi köməyə görə Azərbaycanın Yaponiyadakı səfirliyinə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin və Azərbaycan Televiziyasının Tokiodakı bürolarına xüsusi minnətdarlığımı bildirmək istərdim. Düşünürəm ki, məhz onların təqdim etdiyi məlumatlar nəticəsində kitab daha zəngin və maraqlı alınıb. Bundan əlavə, Azərbaycanın digər internet resurslarından, informasiya mənbələrindən də istifadə olunub.

Kitab əsasən gənc menecerlər, şirkət rəhbərləri, biznesmenlər üçün nəzərdə tutulsa da, Yaponiya cəmiyyətinin Azərbaycanla maraqlanan digər üzvləri də ondan istifadə edə bilərlər. Xüsusən universitet tələbələri burada Qafqazın zəngin mədəniyyətə və tarixə malik olan, bu gün sürətli inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycan haqqında ətraflı məlumat ala bilərlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB