Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan şəhərində 5 nömrəli yaşayış binası istifadəyə verilib

Naxçıvan, 14 noyabr, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur. Həyata keçirilən quruculuq tədbirləri zamanı tarixiliklə müasirlik vəhdətdə götürülür, yeni inzibati binalar, sosial obyektlər tikilərək istifadəyə verilir. İctimai yaşayış binalarının yenidən qurulması, əhalinin kommunal-məişət şəraitinin yaxşılaşdırılması da aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsidir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq şəhərin Atatürk küçəsindəki 5 nömrəli yaşayış binası əsaslı şəkildə yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 14-də Ali Məclisin Sədri Vasif Talıbov yaşayış binasının açılışında iştirak edib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2014-cü il 31 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən muxtar respublikanın paytaxtında kompleks quruculuq işləri aparılır. Bu da Naxçıvan şəhərinə xüsusi gözəllik bəxş etməklə yanaşı, eyni zamanda, sakinlərin rahat yaşayışına şərait yaradır. “Muxtariyyət ili”ndə Naxçıvan şəhərində yeni yaşayış kompleksi və 2 yaşayış binası tikilərək, 7 ictimai yaşayış binası isə yenidən qurularaq istifadəyə verilib. Hazırda şəhərin Heydər Əliyev prospektində, İstiqlal, Atatürk, Kazım Talıblı, İdris Məmmədov küçələrində və Babək məhəlləsində ictimai yaşayış binalarının, Əziz Əliyev küçəsində yaşayış kompleksinin tikintisi, 4 binada isə yenidənqurma işləri davam etdirilir. İcra başçısı Naxçıvan şəhərinin inkişafına göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Yeni binada mənzillə təmin olunanlar adından danışan Sevinc Abbasova deyib ki, muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işlərinin mərkəzində insan amili dayanır. Bu gün sakinlərin hər cür şəraiti olan mənzillərlə təmin edilməsi də bu sahədə görülən işlərin davamıdır. Şəhər sakini Sevinc Abbasova mənzillərlə təmin olunanlar adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri salamlayıb, onları yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: Muxtar respublikada bütün sahələrdə quruculuq tədbirləri həyata keçirilir, müasir infrastruktur yaradılır. Bu işlər əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də davam etdirilir. Hər il muxtar respublikada onlarla yeni ictimai yaşayış binası tikilərək və ya yenidən qurularaq sakinlərin istifadəsinə verilir.

Ali Məclisin Sədri deyib: Mənzil insan həyatında vacib məsələdir. Hər bir ailənin rahat yaşayışı həm də onun mənzil şəraitindən asılıdır. Ona görə də muxtar respublikada insanların rahat mənzillərlə təmin olunmasına xüsusi diqqət yetirilir, yeni yaşayış binalarının tikilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Noyabrın 11-də Şərur rayonunda sakinlərə 20 mənzilin təqdim olunması, bu gün isə Naxçıvan şəhərində 25 mənzilli binanın istifadəyə verilməsi, ailələrin mənzil şəraitin yaxşılaşdırılması dövlətimizin insan amilinə göstərdiyi qayğının daha bir ifadəsidir. Bütün bunlara dövlət müstəqilliyi, ölkəmizdəki mövcud inkişaf və sabitlik, ən əsası isə ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur.

Ali Məclisin Sədri Naxçıvan şəhərinin gözəl guşələrindən birinə çevrilən bu ərazidə abadlığın qorunub saxlanılacağına əminliyini bildirib, mənzillərin orderlərini sakinlərə təqdim edib, onlara firavan həyat arzulayıbdır.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 1920-ci ildə inşa edilən bina yenidən qurularkən ona bir mərtəbə də əlavə olunub, mənzillərin hər birinin sahəsi 30 kvadratmetr artırılıb. Hazırda burada 25 mənzil vardır. Mənzillərdən 2-si ikiotaqlı, 21-i üçotaqlı, 2-si isə dördotaqlıdır. Binanın həyətində 16 tonluq su çəni qoyulub, mənzillərdə fərdi istilik sistemi quraşdırılıb.

Binanın birinci mərtəbəsində fəaliyyət göstərən 13 mağaza da yenidən qurulub, yeni gözəllik salonu istifadəyə verilib. Burada milli geyimlərimizin və müxtəlif mərasim libaslarının hazırlanması və satışı da həyata keçiriləcək.

Binanın həyətində 24 yerlik avtomobil dayanacağı yaradılıb və uşaq əyləncə qurğuları qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrpen şəhər meri göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır