ORDU
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub VİDEO
Bakı, 6 yanvar, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sutka ərzində Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 72 dəfə pozulub.
Düşmənin silahlı qüvvələri Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tap Qaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Kəngərli, Şuraabad, Şıxlar, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Sarıcalı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.