Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Moskvada “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun təqdimatı olub VİDEO

Moskva, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilib.

Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun təqdimatı olub. Bildirilib ki, layihənin rəhbərləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və AZƏRTAC-ın baş direktoru Aslan Aslanovdur.

Mərasim iştirakçıları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin barelyefi önünə çiçəklər düzüblər. Foyedə şəhidlərin soyadlarının siyahısından ibarət stendin qarşısına da çiçəklər qoyulub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Matəm tədbirini açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu 25 illik tarixi olan hadisələrə qısa ekskurs edərək vurğulayıb ki, həmin müdhiş gecədə keçmiş Sovet İttifaqının rəhbərliyi vəziyyətə nəzarəti itirərək misli görünməmiş addım atıb - Bakıya qoşun, ağır texnika yeridilib. Həmin gecə 147 dinc sakin ölüb, yüzlərlə insan yaralanıb. Həlak olanların sırasında müxtəlif millətlərin və dinlərin nümayəndələri olub.

Səfir deyib: “Bu hadisə Azərbaycan xalqı üçün son nöqtə oldu. Çoxları başa düşdü ki, belə ölkədə yaşamaq olmaz. Ölkə üçün məhz belə çətin anda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də bu binaya gəlib və baş verənləri ilk dəfə cinayət adlandıran siyasi bəyanat verib. Sovet İttifaqı dövründə totalitar rejimə qarşı durmaq və ölkə rəhbərlərinin cinayətkar olduğunu ucadan demək üçün böyük cəsarət lazım idi. Bu cəsarəti Heydər Əliyev göstərib”.

Səfirliyin zalında qanlı yanvar gecəsində həlak olanların fotoşəkilləri nümayiş olunub. Səfir şəhidlərin xatirəsini ayaq üstə yad etməyi təklif edib.

P.Bülbüloğlu xüsusi qeyd edib ki, ölkə rəhbərliyi hər il dövlət səviyyəsində qeyd olunan bu hadisəyə böyük əhəmiyyət verir. Azərbaycan xalqına qarşı sovet qoşunlarının azğınlığından, informasiya blokadası ilə əlaqədar yaranmış çətinliklərdən danışan səfir vurğulayıb ki, Azərbaycanda 1990-cı il hadisələrini bugünkü Rusiya ilə əlaqələndirmirlər. P.Bülbüloğlu qeyd edib: “Bu hadisələr Sovet İttifaqında baş verib. Bunu rus xalqı yox, Sovet İttifaqının rəhbərləri ediblər. Bakıda Şəhidlər xiyabanı var və müxtəlif ölkələrin ən yüksək vəzifəli rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu xiyabana gedərək əklil qoyublar. Bu hadisələr Azərbaycan hökumətində, ictimaiyyətində, diplomatiyasında bizim rus xalqı, rus mədəniyyəti və müstəqil Rusiya Federasiyası ilə münasibətlərimizə təsir edən iz qoymur”. Polad Bülbüloğlu tədbirdə iştirak etdiklərinə və bu məsələdə ölkəmizi dəstəklədiklərinə görə xarici dövlətlərin səfirlərinə və diplomatik missiyanın nümayəndələrinə təşəkkür edib.

Azərbaycanın Rusiyadakı səfiri həmçinin 4 dildə buraxılmış və Qanlı Yanvarın 25-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunu təqdim edib. Qeyd edib ki, bu, fundamental kitabdır, nəşrdə 20 yanvar hadisələrini əks etdirən nadir fotoşəkillər və materiallar yer alıb. P.Bülbüloğlu deyib: “Bu şəkillərə baxmaq ağrı və əzab gətirir, lakin biz bunu yaddan çıxarmamalıyıq”.

İştirakçılar kitabla maraqla tanış olublar və vurğulayıblar ki, Azərbaycan Prezidenti Administrasiyasının və AZƏRTAC-ın yeni layihəsində Azərbaycan xalqının azadlıq mübarizəsi, həmin ağır günlərdə böyük lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğına ilk olaraq etiraz səsini ucaltması, eləcə də ölkəyə rəhbərliyi dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, Prezidenti İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar öz əksini tapıb.

Mərasimdə Moskvada Azərbaycan ictimaiyyətinin etiraz aksiyalarının iştirakçısı, tərcüməçi və publisist İlham Bədəlbəyli, Azərbaycan Yazıçılar birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu çıxış ediblər. Vurğulayıblar ki, azərbaycanlılar öz azadlığı və müstəqilliyi uğrunda keçmiş ittifaqın digər xalqlarından daha çox qurban veriblər. Onlar tədbir iştirakçılarının diqqətini Azərbaycan xalqının ədalətli mövqeyinə, bu faciəyə ədalətli mənəvi və hüquqi qiymətin verilməsinin zəruriliyinə yönəldiblər.

Sonra Yanvar faciəsi haqqında sənədli film nümayiş olunub.

Mərasimdə səfirlər, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, eləcə də Rusiya ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Sonda səfirlik tərəfindən ehsan verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər