DÜNYA
Tayvanda təyyarə qəzası: ölənlərin sayı artır VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Tayvanda baş vermiş təyyarə qəzasının təfərrüatları bəlli olur. Yerli aeroportdan havaya qalxarkən təyyarənin nəinki estakadaya, həmçinin onun üzərindən keçən taksi avtomobilinə də dəydiyi məlum olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Tayvan telekanallarının məlumatına görə, qəza zamanı həlak olanların sayı 12 nəfərə, yaralananların sayı isə azı 16 nəfərə qədər artıb. Onların içərisində taksi sürücüsü və onun sərnişini də var.
TransAsia Airways aviakompaniyasına məxsus təyyarənin qanadı estakadanın üzərindən keçən taksiyə dəydikdən sonra layner idarəetməni itirərək çaya düşüb.
Zərbənin təsirindən bir neçə hissəyə ayrılan ATR-72 təyyarəsinin göyərtəsində 53 sərnişinin və 5 ekipaj üzvünün olduğu bildirilir.
Bu, son yarım il ərzində TransAsia Airways aviakompaniyasına aid ATR-72 təyyarələrində baş verən ikinci qəzadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]