Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sarkisyanın bir müsahibəsi: iradə zəifliyi və uğursuz siyasət

Sarkisyanın bir müsahibəsi: iradə zəifliyi və uğursuz siyasət

Ermənistanın hazırkı prezidenti heç zaman xüsusi qabiliyyəti ilə seçilməyib. Onun ölkəyə başçılıq etdiyi müddətdə erməni xalqı daha ağır itkilərə düçar olub. Lakin Serj Sarkisyan hakimiyyətdən əl çəkmək fikrində deyil. Aprel ayında Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələrdən sonra isə, bir erməni ekspertin ifadə etdiyi kimi, "səfil" vəziyyətinə düşüb. Son günlər Ermənistan mətbuatı səriştəsiz prezidentin ABŞ-ın "Bloomberg" agentliyinə verdiyi müsahibəni müxtəlif kontekstlərdə şərh etməklə məşğuldur. Lakin burada ifadə edilən fikirlərə bir qədər ciddi məntiqi müstəvidə nəzər saldıqda, Serj Sarkisyanın nə dərəcədə zəif iradəyə malik olduğunu görərik. Onun məntiqi tamamilə sistemsiz, xarici siyasətdə kənar qüvvələrdən asılı olduğunu gizlədə bilməyəcək dərəcədə primitivdir. Bir sözlə, müsahibə əvəzinə, uduzmuş "səfil"in rabitəsiz söz yığını alınıb.

Böyük siyasət və Sarkisyan: dərin uçurum

İdman yarışları ilə siyasi mübarizə arasında müəyyən uyğunluq vardır. Güclü idmançı aldığı ağır zərbədən sonra belə iradəsini toplayıb yarışa davam edir, sonda qalib də gələ bilir. Zəif iradəli idmançı isə yarışdan sonra hakimi, məşqçini və tamaşaçıları günahlandırır. Siyasətdə də təqribən belədir – haqlı və güclü lider aldığı zərbədən sonra kimsəni günahlandırmadan həqiqəti etiraf edir, işində yeniliklər etməyə çalışır. Məsələn, Uinston Çörçill, Süleyman Dəmirəl dəfələrlə ağır vəziyyətə düşsələr də, iradələri hesabına qələbəyə doğru gediblər. Heydər Əliyev Moskvada ona qarşı edilən ağır haqsızlıqlara rəğmən, qətiyyəti, peşəkarlığı və polad iradəsi sayəsində ayağa qalxdı, müstəqil dövlət qurdu və onun perspektivli inkişafını təmin edən strategiya hazırladı. Ulu Öndər həm haqlı, həm ədalətli, həm də iradəli idi, strateji təfəkkürə malik böyük şəxsiyyət idi.

Təbii ki, ermənilər arasında yuxarıda adlarını xatırlatdığımız siyasətçilərin səviyyəsində lider yetişməyib. Əslində, görkəmli siyasətçilər dövlətçilik ənənələri olan cəmiyyətlərdə yetişir. Ermənilərin isə son 100 ilə qədər dövləti olmayıb, son 300 ildə ermənilər yalnız uğurlu və uğursuz terrorçular yetişdiriblər. Serj Sarkisyan isə çox uğursuz terrorçu və separatçı kimi yaddaşlarda qalacaq. Onun siyasəti o dərəcədə dağınıq, sistemsiz, reallıqdan uzaq və zəifdir ki, hər hansı nəzəri meyarla izah oluna bilməz. Bunu "Bloomberg" agentliyinə verdiyi müsahibə bir daha təsdiq etdi (bax: Sara Khojoyan, Anthony Halpin. War May Resume at `Any Moment,' Armenian President Warns/"bloomberg.com", 25 aprel 2016).

Ermənistan KİV-in hissə-hissə təqdim etməyə çalışdığı həmin söz yığını - müsahibənin heç bir sağlam məntiqi yoxdur. Duyulur ki, bunu erməni diasporu təşkil edib və məqsədləri S.Sarkisyanın dili ilə Azərbaycanın "aqressorluğu"nu Qərb oxucusuna çatdırmaq, paralel olaraq, Ermənistanın zərərçəkən obrazını formalaşdırmaqdır. Ancaq birincisi, sağlam düşüncəli adam dərhal sual edər ki, Dağlıq Qarabağda Ermənistan əsgəri nə axtarırdı ki, azərbaycanlı əsgərin gülləsinə tuş gəlirdi. İkincisi, üzdəniraq müsahibədə erməni lider tez-tez "bizim Talış kəndindəki mövqeyimiz", "bizim oradakı əsgərlər", "bizim hərbi hissələr" kimi ifadələr işlədir. Jurnalist isə sual etmir ki, "axı həmin ərazilər Azərbaycana aiddir, sizin əsgərlər niyə orada yerləşiblər?"

S.Sarkisyan həmin müsahibədə iki həqiqəti tam etiraf edib: əvvələn, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və təcavüzkardır, ikincisi, rəsmi İrəvan sülh istəmir, işğalçılığını davam etdirməkdə israrlıdır, bu zaman havadarlarına arxalanır. Müsahibədə bunları təsdiqləyən xeyli fikirlər vardır. Belə görünür ki, Ermənistan prezidenti aprel ayında aldığı güclü zərbədən sonra elementar məntiqini belə itirib. Maraqlıdır ki, erməni ekspertlər arasında bu məqamı hiss edənlər vardır. Məsələn, Akop Bədəlyan sual edir ki, "Lavrovla görüşdən sonra Serj Sarkisyana, görəsən, nə olub?" (bax: Акоп Бадалян. Что произошло с Сержем Саркисяном после встречи с Лавровым/"Lragir.am", 23 aprel 2016).

İqor Muradyan isə ritorik sual verir: Qarabağın müstəqilliyi kimə lazımdır? Cavabı da xeyli maraqlıdır. O yazır: "2013-cü il sentyabrın 3-də Ermənistan dünyaya suveren ola bilmək iqtidarında olmadığını nümayiş etdirdi" (bax: Игорь Мурадян. Кому нужна независимость Карабаха/"Lragir.am", 24 aprel 2016). Sonra fikirlərini davam etdirərək, ölkəni bu vəziyyətə salanların vətənpərvərlikdən danışmasını belə qiymətləndirir: "Bu səfil-səlyəndələrin vətənpərvərliyini ağızlarına soxmaq lazımdır ki, bəlkə ağılları başlarına gələ, ancaq bəlkə bu da bəs etməz" (bax: əvvəlki mənbəyə). Həmin o "səfillər"in başında S.Sarkisyan dayanır.

"Bloomberg"in "səhvi": "səfil-səlyəndə"nin siyasi oyunbazlığı

Əslində, bir sıra erməni ekspertin Serj Sarkisyan və iqtidarı haqqında kəskin tənqidi və bəzən təhqiredici fikirlər söyləməsinin əsası vardır. S.Sarkisyanın özünün də sifəti son zamanlar ölü rəngindədir. "Bloomberg"ə verdiyi müsahibədən verilən fotolar bunu təsdiq edir. Məsələ ondan ibrətdir ki, cəmi 3-4 günə Azərbaycan Ermənistan haqqında iki böyük mifi darmadağın etdi. Onlardan birincisi, illərdir İrəvanın "möhtəşəm və uğurlu xarici siyasət yeritməsi" haqqında S.Sarkisyanın yeri gəldi-gəlmədi boşboğazlıq etməsidir. İkincisi, guya Ermənistan və "Dağlıq Qarabağ respublikası" adlandırılan qondarma qurum regionda ən güclü orduya malikdir.

Qısa bir müddətdə bu iki yalanın sabun köpüyü kimi dağılması S.Sarkisyanla bərabər erməni cəmiyyətinin də şüurunu alt-üst etdi. Onların bir qismi anlamağa başladılar ki, indiyə qədər nağıllar və yalanla insanların başını qatıblar, ancaq onun zərəri məhz erməni xalqının başında çatlaya bilər. Üstəlik, erməni siyasətçilər hiss edirlər ki, dövlət əldən gedə bilər. S.Sarkisyan ayaq üstdə ölməsin, bəs nə etsin?

Adıçəkilən müsahibədə əfəl prezidentin düzənsiz məntiqinin arxasında bu məqamlar dayanır. Tez-tez "Ermənistanın təhlükəsizliyinə təminat verilməlidir", - deyib yalvaran separatçı-prezident acizliyini bütün dünyaya nümayiş etdirdi. Ancaq o, daha çox Rusiyadan küsüb. Belə ki, "ruslar azərbaycanlıların hücum edəcəyini bilirdilər, ancaq bizə demədilər", - deyə donquldanan S.Sarkisyan, əslində, Ermənistanın dövlət olaraq bir oyuncaq olduğunu sübut edir (bax: Акоп Бадалян. Что произошло с Сержем Саркисяном после встречи с Лавровым/"Lragir.am", 23 aprel 2016).

Çünki real gücü olan dövlət öz kəşfiyyatına arxalanar, başqalarından inciməz. Bundan başqa, erməni ordusu zəifdirsə, ona xarici kəşfiyyat nə etsin? Lakin məsələ ondan ibarətdir ki, S.Sarkisyan siyasəti suverenliyin təmini üzərində qurmayıb, ölkəni kənar qüvvələrdən tam asılı vəziyyətə salaraq, Azərbaycanın işğal altında olan torpaqlarını özündə saxlamağı hədəfləyib. İndi bu süni hoqqalar keçmir.

Bunlar göstərir ki, S.Sarkisyan bədbin psixoloji vəziyyətdədir və uğur qazana biləcəyinə ümidini itirib. Onun daxildən də sıxışdırılması ekstremal situasiya yaradıb. Ekspertlər hesab edirlər ki, daha nüfuzlu və radikal Robert Koçaryan hakimiyyətə qayıda bilər. S.Sarkisyanı yaxşı tanıyan bu Qarabağ separatçısının Rusiya ilə də yaxşı əlaqələri var. Deməli, Kreml S.Sarkisyanı zəif fiqur kimi hər an cəzalandıra bilər. Ermənistan hakimiyyətində bu kontekstdə fikir ayrılığının müşahidə edilməsi maraqlıdır.

S.Sarkisyan "5 rayondan çıxmağa hazır idik, ancaq Azərbaycan razı olmadı" deyir, müdafiə naziri Seyran Ohanyan isə "bir qarış da olsun torpaq güzəştə getməyəcəyik" söyləyir (bax: Михаил Беляев. Армения выходит из переговоров: анализ причин и возможных последствий/"Вестник Кавказа", 26 aprel 2016). Bütün bunlarda İrəvanın son məqsədi isə mövcud status-kvonu saxlamaqdır.

Konkret olaraq, Ermənistanın təhlükəsizliyinin təmini adı altında S.Sarkisyan danışıqlardan da çəkildiyini bildirməklə, hər şeyi olduğu kimi dondurmaq fikrini ortaya qoyur. Təbii ki, bunu ona havadarları məsləhət biliblər, o da tutuquşu kimi, bunu təkrar edir. Guya "hansısa dost ölkədən incimişik", guya "Qərb də Ermənistanı dəstəkləmir" kimi cümlələr söyləməklə real siyasətdə nəticə əldə etmək imkansızdır. Lakin S.Sarkisyan siyasətini həmişə nağıllar üzərində qurub və indi də o yola davam edir.

Beləliklə, "Bloomberg"ə müsahibə Serj Sarkisyanın siyasətini deyil (çünki real olaraq peşəkar səviyyədə belə bir şey yoxdur), iç üzünü, psixoloji patologiyasını, iradə zəifliyini milyonlarla oxucuya məlum etdi. Ermənistan adlanan forpost ölkənin isə rəzil durumda olduğunu təsdiqlədi. Çünki rəsmi İrəvan hələ də kənar qüvvələrdən tam asılıdır və ifadə etdiyi fikirlər onun deyil. Başqalarının söz-söhbəti isə tez-tez dəyişə bilər. Bu səbəbdən sözdə müsahibə də bir tamaşadır. Ancaq tamaşaçılar üçün çox darıxdırıcı oldu.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir