REGİONLAR
9 ayda sahələrdən 3049,6 min ton dənli və dənli paxlalı bitki məhsulu toplanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1051,4 min hektar əkin sahəsinin 1045,8 min hektarı biçilib və həmin sahələrdən 3049,6 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, orta hesabla hər hektardan 29,2 sentner məhsul əldə edilib.
Bundan əlavə, 24,1 min hektar dən üçün qarğıdalı sahəsindən 151,0 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 62,7 sentner qarğıdalı dəni götürülüb.
Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3200,6 min ton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [12:33]