İQTİSADİYYAT
ABŞ “Brent”in qiyməti ilə bağlı proqnozunu azaldıb
Bakı, 10 fevral, AZƏRTAC
ABŞ neft qiymətlərinə dair proqnozunu dəyişib.
AZƏRTAC Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 53,20 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz isə 52,70 dollar/barrel idi.
EIA bildirib ki, ilin birinci yarısında “Brent”in orta qiyməti 54,47 dollar/barrel, ikinci yarımildə isə 52 dollar/barrel olacaq. Gələn il “Brent” neftinin orta qiyməti 55,19 dollar/barrel təşkil edəcək. Əvvəlki proqnoz 53,44 dollar/barrel idi.
“Light” markalı xam neftin orta qiymətinin bu il 50,21 dollar/barrel, növbəti il isə 51,56 dollar/barrel olacağı gözlənilir. Ötənaykı proqnozda bu rəqəmlər 2020-ci il üçün 49,70 dollar/barrel, 2021-ci il üçün 49,81 dollar/barrel olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]