SİYASƏT


ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

Vaşinqton, 26 may, AZƏRTAC

Prezident Co Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

AZƏRTAC-ın məlumatına görə, Mark Libbi Dövlət Departamentinin Vaşinqtonda yerləşən Milli Müharibə Kollecində məsləhətçisidir. O, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi ABŞ-ın Brüsseldəki missiyasında missiya rəhbərinin müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı diplomatik missiyalarında siyasi məsləhətçi qismində xidmət edib.

Mark Libbi magistr dərəcəsini Milli Müharibə Kollecində alıb. O, polyak və fransız dillərində sərbəst, rus, türk və alman dillərində isə məhdud dərəcədə danışır.

 
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.