SİYASƏT


ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb

Vaşinqton, 24 aprel, AZƏRTAC

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.

AZƏRTAC xəbər verir ki, Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən çəkinib.

Osmanlı dövründəki “erməni soyqırımı” zamanı ölənlərin hamısının xatirəsini yad etdiyini bildirən Bayden 1915-1921 hadisələri zamanı Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət bildirib. O deyib ki, Türkiyə ABŞ Prezidentinin populizmə söykənən açıqlamasını tamamilə rədd edir.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.