DÜNYA


ABŞ Prezidenti KXDR lideri ilə tezliklə görüşəcəyini bildirib

Bakı, 19 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla tezliklə görüş keçirəcəyini bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, çərşənbə günü Ağ evdə jurnalistlər qarşısında çıxış edən Tramp bununla bağlı sualı cavablandırarkən “Biz (tezliklə) görüşəcəyik”, - deyib. Lakin Vaşinqton Administrasiyasının başçısı mümkün sammitin vaxtını söyləməyib. Tramp 2018-ci ildə üçüncü dəfə - sentyabrın 18-dən 20-dək keçirilən Koreyalararası sammiti dəstəklədiyini də qeyd edib.

Xatırladaq ki, iyunun 12-də tarixdə ilk dəfə olaraq Sinqapurda ABŞ və KXDR arasında yüksək səviyyəli görüş keçirilib. Sammitin yekunlarına əsasən Donald Tramp və Kim Çen In birgə bəyannamə qəbul ediblər. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olması, ABŞ isə bunun qarşılığında KXDR-ə təhlükəsizlik zəmanəti vermək barədə öhdəlik götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.