DÜNYA


ABŞ Prezidenti NATO sammitində iştirak etmək üçün Madridə gəlib

Madrid, 28 iyun, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden NATO-nun tarixi sammitində iştirak etmək üçün Madridə gəlib.

AZƏRTAC xəbər verir ki, bu gün ABŞ Prezidenti Cozef Bayden və İspaniyanın Baş naziri Pedro Sançes arasında ilk rəsmi görüş keçiriləcək. Görüşdə Ukraynadakı vəziyyət, Sahel regionunda qeyri-sabitlik, Latın Amerikası ilə münasibətlər, ispan mallarına bəzi tariflərin saxlanması, həmçinin ABŞ hərbçilərinin Rota (Kadis) və Moron de la Frontera (Sevilya) bazalarında olması müzakirə olunacaq.

Həmin gün Kral VI Filip Co Baydeni qəbul edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.