DÜNYA


ABŞ Prezidentinin səfəri ilə bağlı Tokioda yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb

Tokio, 25 may, AZƏRTAC

ABŞ Prezidentinin səfəri ilə bağlı Tokio polisi tərəfindən yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu məqsədlə 25 mindən çox polis əməkdaşı bütün sutka ərzində təhlükəsizliyi qoruyacaq.

ABŞ səfirliyinin yaxınlığında və ətraf küçələrdə növbətçi polis maşınları diqqəti cəlb edir. Küçələrin kəsişmələrində avtomobillərin hərəkətinə maneə yaratmaq üçün xüsusi sədlər quraşdırılıb.

Müxtəlif yerlərdə, o cümlədən ABŞ Prezidentinin səfər çərçivəsində ziyarət edəcəyi obyektlərin yaxınlığında buraxılış-nəzarət məntəqələri yaradılıb.

Paytaxtın bir sıra sürətli yollarının girişinin D.Trampın kortecinin hərəkəti ilə bağlanacağı da bildirilir.

Tokio polisi paytaxt sakinlərinə müraciət edərək təhlükəsizlik tədbirləri ilə bağlı yaranacaq narahatlığa görə üzr istəyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.