DÜNYA
ABŞ Senatı “Obamacare” islahatlarının ləğvi prosesinə başlayıb
Bakı, 12 yanvar, AZƏRTAC
ABŞ Senatı Prezident Barak Obamanın səhiyyə sahəsindəki islahatlarını ləğv etmək istiqamətində ilk addımlar atıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, senatorlar səhiyyə sistemində “Obamacare” kimi tanınan “Affordable Care Act” qanununun ləğv olunması prosesini işə salacaq büdcə haqqında qətnamənin qəbul edilməsinə səs veriblər.
Qətnamə altı saat davam edən müzakirələrdən sonra “lehinə” 51 və “əleyhinə” 48 faiz səslə qəbul olunub. Bundan sonra profil komitələrində islahatların ləğvi və yeni sistemə keçid üçün vacib qanun layihələrinin hazırlanması işlərinə başlanılacaq.
ABŞ-ın seçilmiş prezidenti, respublikaçı Donald Tramp “Obamacare” islahatlarından imtina etmək və daha az xərc tələb edən effektiv səhiyyə sistemi hazırlamaq niyyətində olduğunu dəfələrlə bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]