DÜNYA
ABŞ-da beşinci qadın prezidentliyə namizədliyini elan edib
Bakı, 11 fevral, AZƏRTAC
ABŞ-da beşinci qadın - Minnesota ştatından olan senator Emi Klobuşar 2020-ci ildə prezidentliyə namizəd olacağını elan edib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Demokrat Partiyasının üzvü olan 58 yaşlı senator Elizabet Uorren, Kamala Harris, Tulsi Qabbard və Kirsten Gillibranddan sonra növbəti prezident seçkilərində iştirak etmək istəyən beşinci qadındır.
Senator Emi Klobuşar əmək fəaliyyətinə özəl şirkətdə hüquq məsləhətçisi kimi başlayıb, 1998-ci ildə Minnesota ştatının baş prokuroru olub. O, doqquz il sonra həmin ştatdan Senata üzv seçilib. Emi Klobuşar insanlarla xoş rəftarına görə “pambıq şəkəri ledisi” ləqəbi ilə çağırılır. O, 2001-ci ildə ABŞ-da “İlin vəkili” seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]