RƏSMİ XRONİKA
ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının prezidenti Kemal Öksüzdən
Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ən yaxşı arzularımı bildirirəm. ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa Sizin töhfəniz Birləşmiş Ştatlarda çox yüksək qiymətləndirilir. Bu töhfələriniz ölkələrimizin münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Əminik ki, ABŞ ilə Azərbaycan Respublikası arasında mühüm əlaqələri daha da genişləndirmək üçün Sizinlə birgə işləməyə davam edəcəyik.
Dərin hörmətlə,
Kemal Öksüz
ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının prezidenti