DÜNYA
ABŞ-da mühərriki partlayan təyyarə təcili eniş edib, ölən və yaralananlar var
Vaşinqton, 18 aprel, AZƏRTAC
Aprelin 17-də “Southwest” hava yollarının “Boeing 737-700” tipli təyyarəsi qəza şəraitində enməyə məcbur olub. Uçuş zamanı mühərriki partlayan sərnişin təyyarəsi Filadelfiya Beynəlxalq Aeroportuna üz tutub.
AZƏRTAC xəbər verir ki, təyyarədə bir sərnişin həlak olub, 7-si xəsarət alıb.
Nyu-Yorkun “La Guardia” Beynəlxalq Aeroportundan Dallas şəhərinə uçan 1380 nömrəli reys təxminən saat 11:27-də, yəni fövqəladə vəziyyət elan olunduqdan 12 dəqiqə sonra Filadelfiyada eniş edib. Yüngül xəsarət alan 7 nəfər dərhal xəstəxanaya çatdırılıb.
“Southwest”in verdiyi məlumata görə, təyyarədə 143 sərnişin və beş nəfər heyət üzvü olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]