DÜNYA
ABŞ-ın Rusiyada yeni səfiri təyin olunub
Moskva, 13 dekabr, AZƏRTAC
ABŞ Konqresinin Senatı Con Cozef Sallivanın ölkənin Rusiyada yeni səfiri təyin olunmasını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl ABŞ Dövlət katibinin birinci müavini işləmiş Con Sallivan avqustun əvvəllərində istefaya getmiş Con Handsmanı əvəz edəcək.
Con Cozef Sallivan ata və oğul Corc Buş administrasiyasında işləyib. Oğul Corc Buşun hakimiyyəti dövründə ABŞ Ticarət nazirinin birinci müavini olub və bir çox ölkələrə, o cümlədən Azərbaycana səfər edən hökumət nümayəndə heyətlərinə başçılıq edib.
ABŞ Dövlət katibi Maykl Pompeo bildirib ki, Con Sallivan səfir kimi Rusiya ilə konstruktiv əlaqələrin qurulmasına kömək edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]