Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-ın məşhur radioproqramı Azərbaycan ilə bağlı silsilə verilişlər yayımlayıb

ABŞ-ın məşhur radioproqramı Azərbaycan ilə bağlı silsilə verilişlər yayımlayıb

Bakı, 11 avqust, AZƏRTAC

Amerika və dünyada çoxmilyonlu auditoriyası olan, Nyu-York şəhərində yayımlanan məşhur “Con Batçelor Şou” radioproqramının rəhbəri Con Batçelor 29 iyul - 4 avqust tarixlərində ölkəmizin Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərində səfərdə olub və bu regionlardan canlı yayıma qoşulub.

Xatırladaq ki, “Con Batçelor Şou” ölkə üzrə 183 radio stansiyanı əhatə etməklə 2.7 milyon dinləyiciyə malikdir. Şou ABŞ-ın Nyu-York, Çikaqo, Filadelfiya, Dallas, San-Fransisko, Vaşinqton və Boston şəhərlərində yerləşən ən nüfuzlu stansiyalarda yayımlanır. Ümumilikdə, “Con Batçelor Şou” dünyanın 190 ölkəsində dinlənilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycandan canlı yayıma çıxan “Con Batçelor Şou”da radioproqramın rəhbəri yalnız ölkəmizlə deyil, verilişin formatına uyğun olaraq ümumi məsələlərə də proqramında yer verib. Məsələn, iqtisadiyyat və beynəlxalq məsələlərin müzakirəsi zamanı onun proqramına ABŞ Prezidenti Donald Trampın iqtisadiyyat məsələləri üzrə köməkçisi Larri Kudlov və administrasiya ilə yaxın münasibətlərdə olan digər nüfuzlu ictimai xadimlər qoşulublar.

Ümumiyyətlə, həftə ərzində 7 saata yaxın canlı yayımlanan proqramda 10-a yaxın müsahibə yer alıb. Böyük auditoriyaya malik olan radioproqramda C.Batçelorun öz izləyiciləri ilə intensiv şəkildə Azərbaycanla bağlı məlumatlar paylaşması sosial media şəbəkələrində də böyük marağa və əks-sədaya səbəb olub.

C.Batçelorun Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərinə səfərlərində və onun gündəlik yayımlanan canlı proqramında qonaq qismində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib.

Canlı yayımın ilk günü Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən başlayıb. Proqramda şəhərin geostrateji əhəmiyyəti haqqında danışılıb. C.Batçelor Xəzər və Qara dəniz arasında yerləşən Gəncə şəhərinin strateji dəhliz olduğunu vurğulayıb.

Proqramda səfir E.Süleymanov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft və qaz layihələri barəsində məlumat verib. Həmçinin diplomat 100 il əvvəl Azərbaycanda müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyini və ABŞ-dan daha əvvəl qadınlara səsvermə hüququnun tanındığını qeyd edib.

Daha sonra canlı yayıma qatılan amerikalı siyasətçi Tadus MakKotter ilə müzakirə zamanı E.Süleymanov Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın latın əlifbasına qayıdan ilk ölkələrdən biri olduğunu bildirib. Ümumilikdə isə Azərbaycanın müsəlman dünyasında ərəb əlifbasından latın əlifbasına keçən ilk ölkə olduğunu qeyd edən səfir vurğulayıb ki, müstəqilliyin bərpasından sonra latın əlifbasına keçilməsinin Azərbaycanın bir daha dünyəvi və dünyaya açıq dövlət olduğunu göstərir.

Regionun təhlükəsizliyindən söz açarkən səfir qeyd edib ki, işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla və tərəfdaşlarla, o cümlədən Azərbaycanın ən yaxın tərəfdaşı olan ABŞ və Avropa İttifaqı ölkələri ilə güclü əlaqələrin qurulması prioritet məsələlərdən biridir.

Canlı yayım zamanı səfir E.Süleymanov Azərbaycanın apardığı siyasətin bütövlükdə regionun inkişafında, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə iyirmi beş ildən çox aparılan danışıqların heç bir nəticə vermədiyi, eləcə də Ermənistanın özünün işğalçı siyasəti ilə beynəlxalq və regional nəqliyyat, enerji layihələrindən kənarda qaldığı bildirilib.

Naftalana səfəri zamanı C.Batçelor bu şəhərin müalicəvi turizm sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat toplayıb. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovla görüşən C.Batçelor şəhər barədə ətraflı məlumat alıb, şəhərdə aparılan yenidənqurma işləri və Naftalanın turizm potensialı ilə tanış olub. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə ərazisində, o cümlədən Naftalanda böyük quruculuq, yenidənqurma işləri aparılır, müxtəlif sahələri əhatə edən layihələr icra olunur.

Dünya standartlarına cavab verən Qarabağ İstirahət və Müalicə Mərkəzinə gedən C.Batçelor burada ixtisaslı həkim heyəti ilə görüşüb, neftlə müalicə prosedurları ilə əyani tanış olub. Gördüklərindən mütəəssir olan C.Batçelor Naftalan, onun unikal xüsusiyyətlərini və müalicəvi turizmi barədə proqram hazırlayıb və gündəlik radioproqramda yayımını həyata keçirib.

İyulun 31-də Tərtərə səfər edən C.Batçelor bu rayonda aparılan quruculuq işləri və cəbhə xəttindəki vəziyyətlə tanış olub, o cümlədən burada Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən təxribatlara dair yerində məlumat alıb. Şıxarx və Qapanlı kəndinə səfər edən C.Batçelor rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov, yerli sakinlərlə görüşüb və cəbhə xəttini müşahidə postundan izləyib. Yerli rəsmilərdən aldığı müsahibələri öz gündəlik proqramında yayımlayan C.Batçelor Tərtər rayonunda müşahidə etdikləri barədə öz dinləyicilərinə məlumat verib.

Ermənistan tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılmasını, qışda isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə də Tərtər və ətraf rayonların yerli əhalisinə və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu “ekoloji terror” və hərbi cinayət adlandırıb.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşən C.Batçelora Gəncədə həyata keçirilən böyük quruculuq və inkişaf layihələri barədə məlumat verilib. Habelə söhbət zamanı kənar qüvvələrin şəhərdə təxribat və terror cəhdlərinin qarşısının alınması və görülən işlər barədə müzakirələr aparılıb.

Daha sonra C.Batçelor bir qrup alim və din xadimi ilə “dəyirmi masa” ətrafında müzakirələr aparıb. Öz proqramında Gəncəyə geniş yer ayıran C.Batçelor şəhərin iqtisadi, siyasi, tarixi əhəmiyyətini vurğulayıb, kənar qüvvələrin sözügedən təxribat və terror aktlarını pisləyib, bu cəhdləri İpək Yolunun açarı və Avropanın qapısı kimi dəyərləndirilən, böyük tarixi əhəmiyyətə malik Gəncənin inkişafının və strateji potensialının qarşısını almağa yönəlmiş addımlar kimi qiymətləndirib. Cəhdlərin iflasını qeyd edən C.Batçelor Gəncənin parlaq gələcəyinə əminliyini vurğulayıb.

Bakıda davam edən canlı yayımda səfir E.Süleymanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış iyirmi faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini və münaqişənin bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından uzaq düşməsi ilə nəticələndiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışan səfir onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün müxtəlif layihələrin icra edildiyini qeyd edib, “Con Batçelor Şou” layihəsi çərçivəsində Tərtər və təmas xəttinə yaxın digər rayonlara səfər zamanı da bunun şahidi olduqlarını bildirib.

Canlı yayımlarında Ermənistan-Azərbaycan münaqişəsinə toxunan C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafı, Ermənistanın işğal etdiyi ərazilərdə isə səfalətin müşahidə edildiyini dəfələrlə vurğulayıb. Qeyd edib ki, Ermənistan tərəfinin işğalçı siyasəti davam etdirməsi nəinki regional sülh və sabitliyə ziyan vurur, Ermənistanı regionda həyata keçirilən layihələrdən təcrid edir və erməni xalqının gələcəyini zədələyir.

Proqramda C.Batçelorun “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ilə müsahibəsi də yer alıb. Müsahibə zamanı R.Nəbiyev “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə məlumat verib. “Azerspace-1” və “Azerspace-2” peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan “Orbital Sciences Corporation” və “Space Systems/Loral” (SSL) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunduğu qeyd edilib. Bundan əlavə müsahibədə “Azərkosmos” tərəfindən Azərbaycanda kosmik sahədə kadr potensialının yaradılmasına dəstək verilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxaracaq.

Növbəti görüş Səngəçal terminalında BP şirkətinin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə olub. Müsahibəsində T.Bayatlı Azərbaycanın xarici şirkətlərlə əlaqələri haqqında məlumat verib və 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib, onun müddətinin 2050-ci ilə qədər uzadıldığını vurğulayıb.

Xəzər regionu və enerji təhlükəsizliyi ilə bağlı mövzunu müzakirə etmək məqsədilə səfir E.Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şaffer canlı yayıma qatılıblar. Canlı yayımda regionun enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrin və bu layihələrin ümumilikdə Avropanın enerji təhlükəsizliyinə təsirindən bəhs edilib. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mənfi təsiri, 1991-ci ildə müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycanın sürətlə inkişafı və geostrateji əhəmiyyəti vurğulanıb.

Daha sonra Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndəsi Zaur Həsənov layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov ilə Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycanda enerji sektorunun inkişafı, neft və qaz hasilatının gələcəyi və əhəmiyyəti müzakirə edilib.

Bundan əlavə, Elin Süleymanov və Con Batçelor Azərbaycan Respublikası Milli Məclisində, Müdafiə Nazirliyində, Vergilər Nazirliyində və ADA Universitetində də görüşlər keçiriblər.

Milli Məclisin üzvü Cavanşir Feyziyev ilə görüşdə əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın geosiyasi konteksti, qonşularla münasibəti və Azərbaycan tərəfindən həyata keçirilən qlobal layihələr, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri barəsində ətraflı məlumat verilib.

ADA Universitetinin heyəti ilə görüş zamanı ADA-nın missiyası, Azərbaycanda elm sahəsinin inkişafına verilən töhfələr və əsas prioritetlər barəsində ümumi fikir mübadiləsi aparılıb.

Daha sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general Hüseyn Mahmudov ilə görüş keçirilib. Görüşdə Müdafiə Nazirliyi tərəfindən qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi, Xəzərin təhlükəsizliyi və Əfqanıstanda həyata keçirilən NATO missiyasına və Amerika ilə ikitərəfli əməkdaşlıq kontekstində Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək məsələləri barədə məlumat verilib və qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, C.Batçelor öz gündəlik canlı yayımlarını Gəncədə yerləşən Kəpəz TV və radiosunun studiyasından, Bakıda isə Xəzər TV və radiosunun studiyasından Nyu-Yorka bağlanmaqla həyata keçirib və bu faktı fəxrlə öz auditoriyasına dəfələrlə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib