DÜNYA
ABŞ-ın xam neft ehtiyatları 0,3 faiz azalıb
Bakı, 24 avqust, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,3 milyon barrel (0,3 faiz) azalaraq 463,2 milyon barrelə enib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 8,9 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları ard-arda 8 həftədir ki azalıb.
Ölkənin strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları 1,2 milyon barrel (0,5 faiz) azalaraq 229,9 milyon barrel olub. Bazar proqnozları isə 0,6 milyon barrel azalacağı istiqamətində idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]