İQTİSADİYYAT


ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb

Bakı, 12 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Bakıda keçiriləcək Dünya Dini Liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizə səfərə gələn ABŞ-ın 5 qərb ştatının seçkili orqanlarını təmsil edən nüfuzlu üzvlərdən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyi ilə nazirlik arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti görüş çərçivəsində nəqliyyat və İKT sahəsində, eyni zamanda, ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə potensial əməkdaşlıq haqqında da danışıblar.

Qonaqlara ölkəmizdə bu sahədə həyata keçirilən layihələr və görülən işlər barədə geniş məlumat verilib, senatorları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.