DÜNYA


ABŞ rəsmisi: İranın neft gəlirlərini sıfıra endirmək istəyirik

Bakı, 3 iyul, AZƏRTAC

İrana qarşı təzyiqlərin məqsədi bu ölkənin neft gəlirlərini sıfıra endirməkdir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında ABŞ Xarici İşlər Nazirliyinin Siyasi Planlaşdırma direktoru Brian Hook deyib.

O, İrana qarşı təzyiqlərin məqsədinin bu ölkənin neft gəlirlərini sıfıra endirərək Tehran rəhbərliyinin bölgədəki siyasətini dəyişdirməsini təmin etmək olduğunu bildirib: “Hədəfimiz İran rejiminə qarşı təzyiqi artıraraq neft satışlarını sıfıra endirmək. Bunun qlobal bazara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq. Lakin qlobal səviyyədə kifayət qədər neft ehtiyatının olduğuna şübhəmiz yoxdur”.

“İran strategiyamız rejim dəyişikliyinə deyil, iranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə istiqamətlənib. İranın neft gəlirlərini sıfıra endirmək istəyirik”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən İrandan neft idxalını noyabrın 4-dək dayandırmağı istəyib. ABŞ-dan bir heyətin bu həftə Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.