DÜNYA


ABŞ və Gürcüstan rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Tbilisi, 7 iyun, AZƏRTAC

Gürcüstanda səfərdə olan ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Riker Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Söhbət zamanı müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Tərəflər iqtisadi əməkdaşlıq, həmçinin mühüm infrastruktur layihələrin reallaşdırılması məsələlərini də müzakirə ediblər.

Bundan başqa, görüşdə regiondakı hazırkı vəziyyət və yeni geosiyasi mühit, Gürcüstanın regional təhlükəsizlik kontekstindəki rolu nəzərdən keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.