DÜNYA
ACARISTAN RƏHBƏRİNİN BƏYANATI
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərdə deyilir ki, Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidze Batumi televiziyası ilə çıxış edərək bəyanat vermişdir. O bildirmişdir ki, Gürcüstanda vətəndaş müharibəsi başlansa, onun Acarıstan ərazisində yayılmasına yol verməyəcəkdir.
A.Abaşidze demişdir: “Ölkədə siyasi qarşıdurma güclənib vətəndaş müharibəsinə çevrilsə, Muxtar Respublikanın hakimiyyət orqanları onun Acarıstanda yayılmasına yol verməmək və yerli əhalinin bu müharibəyə cəlb edilməməsi üçün bütün zəruri tədbirləri görəcəklər. Vətəndaş müharibəsi başlanarsa, Muxtar Respublikanın hakimiyyət orqanları, 1992-93-cü illərdə olduğu kimi, onun Gürcüstanın digər bölgələri ilə inzibati sərhədinin qorunmasını gücləndirəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]