ELM VƏ TƏHSİL


ADNSU: İmtahanlarda bütün tələbələr üçün eyni şərait yaradılıb

Bakı, 11 yanvar, AZƏRTAC 

Yanvarın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) payız semestrinin imtahan sessiyasının onlayn formatda imtahanları keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, ümumilikdə 229 qrupda aparılan imtahanlarda bütün tələbələr üçün eyni şərait yaradılıb. Tələbələrə hər sualı 0-10 balla qiymətləndiriləcək beş sualdan ibarət bilet təqdim olunub. Onlayın imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb.

Qeyd edək ki, ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində ənənəvi tədris dayandırıldığından onlayn təhsilə start verilib. Ona görə də ADNSU-da tələbələrin imtahana hazırlığı da onlayn formatda təşkil olunub və tələbələrə imtahanqabağı müəyyən güzəştlər olunub. Belə ki, aralıq imtahanları payız semestrində keçilməli olan 10 həftəlik tədris proqramı üzrə deyil, tələbələrə real olaraq 5 həftə ərzində keçirilmiş mövzular üzrə baş tutub. Eyni zamanda, tələbələrin verdikləri təqdimatlara (sərbəst işlərə) tələblər də əvvəlki illərdə qoyulan tələblərlə müqayisədə əhəmiyyətli dərəcədə yumşaldılıb. Bundan əlavə, imtahan sualları yalnız tədris olunmuş mövzular üzərində tərtib olunub və çətinliyi artırılmış təqdimat sualları imtahan sualı qismində təqdim olunmayıb.

Bu gün ADNSU-da start götürən onlayn payız imtahan sessiyası fevralın 6-da yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.