ELM VƏ TƏHSİL


ADU-da Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi İnstitutları Gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxış edib.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Rafiq Abbasov Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən danışaraq, Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirakı sahəsində elmi tədqiqatların aparılmasını xüsusi qeyd edib.

Tədbir çərçivəsində Xuçjou Peşə Kollecinin müəllimi Van Caijuan “Çin çay mədəniyyəti və ənənələri” mövzusunda onlayn mühazirə ilə çıxış edib. Qonaqlar Konfutsi İnstitutunun Çin dili və mədəniyyətinin məşhurlaşması sahəsindəki fəaliyyəti, Konfutsi İnstitutunun təsis olunmasında ADU-nun tərəfdaşı sayılan Xuçjou Universitetinin təhsil əlaqələri, Çin dili kurslarına qəbul və tədris qaydaları, Çində təcrübə və tədrisin müxtəlif proqramları barədə məlumatlandırılıb. Bayramda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitabların, tədris ədəbiyyatı və materialların sərgisi keçirilib.

Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı və kağız kəsimi incəsənəti sahələrində ustad dərsləri keçiblər. Bayram çərçivəsində ənənəvi Çin oyunları və çay mərasimi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.